Yuxarı

Saakaşvili prezident iqamətgahını tərk edir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Saakaşvili prezident iqamətgahını tərk edir

"Axar.az"ın xəbərinə görə, Gürcüstan prezidentinin xanımı Sandra Rulofs jurnalistlərə bildirib ki, artıq komissiya iqamətgaha gəlib və əşyaları siyahıya alıb: "İndi şəxsən bizə aid əşyaları, əmlakı daşıyırıq".

S.Rulofs illərdir yaşadıqları evi tərk etdiklərinə görə təəssüfləndiyini bildirib: "Nə etmək olar? Biz evi tərk etməyə və sakitcə əşyalarımızı çıxartmağa hazırıq".

Qeyd edək ki, M.Saakaşvili şəxsən özü əşyaları qablaşdırıb və avtomobilə yükləməyə kömək edib.

Prezident qeyd edib ki, o, ailəsi ilə bu vaxtadək nənəsinin yaşadığı Zandukeli küçəsindəki ("Rustaveli" metrostansiyasının yaxınlığında) mənzilə köçəcək.

Xatırladaq ki, M.Saakaşvili prezident postunu oktyabrın 27-də - Gürcüstanın yeni dövlət başçısı seçiləndə tərk edəcək.

O, bu vəzifədə 2004-cü il yanvarın 5-dən çalışır.

Tarix
2013.10.23 / 12:44
Müəllif
Tural Qurbanlı
Digər xəbərlər

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın diplomatik riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

Türkiyə ilə Azərbaycan arasında nifaq salmağa çalışanlar...

İlham Əliyev Kamboca Kralını təbrik etdi

Tehranda Azərbaycanın Zəfər Günü qeyd olundu - Foto

Türkiyə XİN-dən Azərbaycanla bağlı paylaşım - Foto

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

Rusiya mediası Əliyevin bu çıxışından yazır

Bu, dosta və düşmənə mesaj oldu - Binəli Yıldırım

Bayrağımız canımızdır, ürəyimizdir - İlham Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla