Yuxarı

Rezervlər tükəndi, dram çökür, böhran başlayır - Avetisyan

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rezervlər tükəndi, dram çökür, böhran başlayır - Avetisyan

Artıq bahalaşma müşahidə edilir. Dollar hazırda 510 drama qalxıb. Belə templərlə milli valyuta tezliklə 20-25% ucuzlaşacaq və ilkin tələbat malları da bahalaşacaq. Bu məhsulların kəsiri də istisna edilmir.

Axar.az xəbər verir ki, bunu “Lragir.am” saytına müsahibəsində erməni iqtisadçı Tadevos Avetisyan deyib.

“Aydındır ki, dövlət büdcəsi əsas xərclərin maliyyələşdirilməsi ilə bağlı problemlə toqquşur. Dövlət borcu artır. Uduzulan müharibəni və COVİD-19-la uğursuzluğa düçar olmuş mübarizəni də nəzərə almaq lazımdır.

İnsanlar artıq banklara müraciət edirlər ki, dramla olan yatırımlarını geri alıb dollar alsınlar. Bu, ciddi zərbə olacaq, ona görə ki, dramla bərabər dollar və avroya da əlavə tələbat yaranacaq. Bu, həmçinin inflyasiya yaradan vacib faktor olacaq.

Artıq iqtisadiyyata atmaq üçün resurs yoxdur. Ehtiyatda olan 500 milyon dollar çoxdan tükənib. Bu o deməkdir ki, tezliklə bizim valyuta böhranımız başlayacaq və o da maliyyə bazarında özünü göstərəcək. Hazırkı situasiya 2,5 illik iqtisadi siyasətin nəticəsidir. Hökumətin situasiyanı düzəltmək üçün rezervləri yoxdur”, – deyə o bildirib.

Tarix
2020.11.24 / 10:36
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Bakı və İrəvan texniki qruplar yaradır - Yeni reallıq

İlham Əliyev Şahbaz Şərifə təşəkkür etdi

Ərdoğanın Azərbaycana səfər proqramı açıqlandı - Video

Azərbaycançılıq vətəndaşlarımızı birləşdirən fəlsəfədir

Sabahın hava proqnozu açıqlandı

Ermənistan o qədər azğınlaşmışdı ki... - Əliyev

Xankəndidə Zəfər Muzeyi olacaq - Prezident

Sərvətlərimiz talandı, məscidlər təhqir olundu

İşğal dövründə dəfələrlə bəyan edirdim... - Əliyev

İlham Əliyev Xankəndidən xalqa müraciət etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla