Yuxarı

Paşinyan Çarukyanın mandatını əlindən aldırır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Paşinyan Çarukyanın mandatını əlindən aldırır

Ermənistan parlamenti Çiçəklənən Ermənistan Partiyasının sədri Qagik Çarukyanın mandatının əlindən alınması üçün Konstitusiya Məhkəməsinə müraciət edəcək.

Axar.az xəbər verir ki, bu barədə məlumat parlamentin saytında yer alıb.

Qeyd edək ki, noyabrın 16-da Çarukyanın mandatının əlindən alınması məsələsinin parlamentdə müzakirə edilməsi planlaşdırılsa da, iclas sonradan təxirə salınmışdı.

Çarukyan vergidən yayınmaqda, seçicilərin səsini satın almaqda və böyük torpaq sahələrini mənimsəməkdə ittiham olunub. İyunda onun evində axtarış aparılıb, sonra isə onun deputat toxunulmazlığı ləğv edilib. 25 sentyabrda həbs edilən Çarukyan 22 oktyabrda 200 min dollar girov qarşılığında azad olunub.

Bundan sonra Çarukyan hərbi dəstə yaradaraq Qarabağda döyüşlərə qoşulduğunu bildirsə də, Paşinyan bunu təkzib edib və Çarukyanın dəstələrinin böyük hissəsinin İrəvanda qaldığını, digər hissəsinin isə Şuşaya Azərbaycan ordusunun yaxınlaşdığını eşidən kimi qaçdığını bildirib.

Tarix
2020.11.24 / 14:31
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Prezident Yohan David Vadefulla görüşdü

İlham Əliyev Mariam Kvrivişvilini qəbul etdi

Azərbaycanda məzuniyyətə çıxmaq məcburi olacaq

Hər bir azərbaycanlı müstəqil dövləti ilə qürur duyur!

Türkiyə səfirliyi Azərbaycanı təbrik etdi - Foto

Nəsimi Ermənistana hansı silah-sursatla keçib?

Almaniya xarici işlər naziri Azərbaycana gəlir

Hacıyev AB-nin yüksəkvəzifəli rəsmiləri ilə görüşdü

Tramp-Putin-Si görüşü: dünyada nə dəyişəcək?

İlham Əliyevdən 17 Noyabrla bağlı paylaşım

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla