Yuxarı

Vəziyyət heç də asan deyil... - Qaxariya

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Vəziyyət heç də asan deyil... - Qaxariya

Gürcüstanda epidemioloji vəziyyət heç də asan deyil, çətindir, lakin idarə olunandır. Hökumət vəziyyəti nəzarətdə saxlamaq üçün bütün mümkün tədbirləri görür.

Axar.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri Georgi Qaxariya Dövlət Qurumlararası Koordinasiya Şurasının iclasından sonra keçirdiyi brifinqdə söyləyib.

Baş nazir deyib ki, sentyabr ayında siyasi proseslərə görə pandemiyanın idarə edilməsində bəzi güzəştlərə gedilib. İndi əsas vəzifə Gürcüstanı epidemioloji vəziyyət baxımından avqusta qədər olan səviyyəyə qaytarmaqdır. Bunun üçün bəzi məhdudiyyətlər tətbiq olunacaq. Bu məhdudiyyətlərdən biri də dövlət qulluqçuları ilə bağlıdır.

Onun sözlərinə görə, noyabrın 28-dən fevralın 1-dək dövlət qulluqçularının 80 faizi məsafədən (distant) iş rejimində fəaliyyət göstərəcək.

O, bütün şirkətlərə əməkdaşlarını mümkün olduğu qədər uzaqdan iş rejiminə keçirməyi tövsiyə edib.

G.Qaxariya növbəti iki ay müddətində 70 yaşdan yuxarı olan şəxsləri ciddi zərurət yaranmayacağı halda evdən çıxmamağa çağırıb.

Tarix
2020.11.27 / 01:44
Müəllif
Axar.az
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla