Yuxarı

İranın nüvə alimi öldürüldü - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İranın nüvə alimi öldürüldü - Foto

İranın nüvə fiziki Möhsün Fəxrizadə Tehran yaxınlığında öldürülüb.

Axar.az xəbər verir ki, məlumat İran Müdafiə Nazirliyi tərəfindən təsdiq olunub. Alim nazirlik yanındakı araşdırma mərkəzinin rəhbəri kimi fəaliyyət göstərirdi.

“Fars” agentliyi Fəxrizadənin Damavənd rayonu yaxınlığında öldürüldüyünü bildirib. Agentlik sui-qəsddə 3-4 nəfərin iştirak etdiyini, hadisə yerində hətta partlayışın da baş verdiyini yazıb.

İranın Atom Enerjisi Təşkilatının rəsmisi Bəhruz Kamalvəndi isə açıqlamasında nüvə sənayesi üzrə işləyən bütün alimlərin yerində olduğunu bildirərək, faktı təkzib edib.

Sosial şəbəkələrin İran seqmentində hadisə yerindən fotolar yayılıb. Görüntülərdə alimə məxsus olduğu bildirilən avtomobildə güllə izləri açıq-aydın görünür.

Tarix
2020.11.27 / 19:22
Müəllif
Anar Əhmədov
Digər xəbərlər

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla