Yuxarı

Sui-qəsdin detalları: İranlı alim belə öldürüldü

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sui-qəsdin detalları: İranlı alim belə öldürüldü

İranın nüvə alimi Möhsün Fəxrizadə uzaqdan idarə olunan silahla qətlə yetirilib.

Axar.az “Fars” agentliyinə istinadən xəbər verir ki, hadisə alimin həyat yoldaşı ilə birlikdə Rostamkol şəhərindən Absard şəhəri istiqamətinə gedərkən yolda baş verib.

M.Fəxrizadəni 3 mühafizə maşını müşayiət edib. Öndə gedən avtomobil atəş açılarkən dayanmalı olub. Fəxrizadə avtomobilin mühərrikində problem olduğunu zənn edərək maşından düşüb. Bu zaman təxminən 150 metr məsafədə yerləşən “Nissan” markalı avtomobildən onlara tərəf atəş açılıb. Atəşin uzaqdan idarə olunan avtomat silahlardan açıldığı müəyyən edilib. Sonra “Nissan” partladılıb. Sui-qəsdin təşkilatçıları isə hadisə yerində olmayıb.

Agentliyin məlumatına görə, sui-qəsd 3 dəqiqə davam edib və alim bir neçə güllə yarası alıb. Bir neçə güllə də onun mühafizəçisinə dəyib.

Tarix
2020.11.29 / 23:07
Müəllif
Axar.az
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla