Yuxarı

Erməni ziyalıları indi də ABŞ səfirliyinə məktub göndərdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Erməni ziyalıları indi də ABŞ səfirliyinə məktub göndərdi

Erməni ziyalıları yürüş keçirərək, bu dəfə ABŞ səfirliyinə məktub göndəriblər.

Axar.az xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.

Bu, sayca 3-cü yürüş və buna uyğun olaraq 3-cü dəfə ünvanlanan məktubdur. Əvvəl Rusiya, sonra Fransa, indi də ABŞ — Ermənistanın çox sevdiyi Minsk Qrupunun həmsədrləri ölkənin daha bir problemini həll etməlidirlər.

Səfirliklərin önündə keçirilən aksiyaların məqsədi erməni əsir və ölənlərin qaytarılmasıdır, daha doğrusu, buna yardım çağırışlarıdır. Bu baxımdan həmin “səfirə məktub” aksiyası məntiqli sual doğurur. Əsirləri səfirlərmi qaytaracaq?

O səfirlər ki, onların Ermənistanda olma məqsədi yalnız öz ölkəsini təmsil etməkdən ibarətdir. Əsir və ölənlərin qaytarılması Ermənistan hökumətinin funksiyasıdır, hətta birbaşa Nikol Paşinyanın öhdəliyidir. Məsələnin həlli mexanizmi hökumət içində ola-ola səfirliyə məktub göndərməyin mənası nədir? Sadə insan psixologiyası: Başqasının sənin işini görməsi daha asandır axı.

Nikol Paşinyanla konflikt yaşamaqdan çəkinən, ölkədə baş verənlərdən yan keçmək istəyən ziyalılar problemi ölkədaxili siyasətə toxunmadanmı həll edə biləcəklər?

Qəribə vəziyyətdir.

Tarix
2020.12.01 / 17:13
Müəllif
Fatimə Zülfüqar
Digər xəbərlər

Ermənistan Azərbaycan xalqından üzr istəməlidir

İlham Əliyev İƏT-in baş katibini qəbul etdi

Azərbaycan QHT-ləri Pezeşkiana açıq məktub ünvanladı

Prezident Aleksandr Zuyevi qəbul etdi - Foto

İlham Əliyev BMT nümayəndəsini qəbul etdi - Foto

Saral istefasından yazdı: Şərəf duyduğum vəzifəm...

Ceyhun Bayramov Tom Berendsenlə görüşdü

Berendsen Azərbaycandan Ermənistana gedəcək

İlham Əliyev Tom Berendseni qəbul etdi

İranın işi qəlizləşdi: Sərrafı naşı, Arifi nadan...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla