Yuxarı

ANCA ABŞ-dan İrəvan səfirini geri çağırmasını istədi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ANCA ABŞ-dan İrəvan səfirini geri çağırmasını istədi

Amerika Erməniləri Milli Komitəsi (ANCA) Dövlət Departamentini ABŞ-ın Ermənistandakı səfiri Linn Treysini geri çağırmağa səsləyib.

Axar.az xəbər verir ki, ANCA, həmçinin Bayden administrasiyasını ABŞ-Ermənistan münasibətlərini gücləndirməyə və İrəvana yeni səfir təyin etməyə çağırıb.

“ANCA istəyir ki, Amerikanın Ermənistandakı hər səfiri uğurlu olsun. Təəssüf ki, Amerikaya İrəvanda güclü səfir lazım olanda ölkəmizin nümayəndəsi bizi məyus etdi. Linn Treysi hər məsələdə uğursuzluğa düçar oldu.

Linn Treysi milli böhran zamanı ermənilərə nə maddi, nə də mənəvi kömək edə bildi. ABŞ-Ermənistan münasibətləri Treysinin missiyasının bitdiyi zamanda onun gəlişi dövrüylə müqayisədə daha pis olub”, – deyə ANCA bildirib.

Qeyd edək ki, Linn Treysi ABŞ-ın ən təcrübəli diplomatlarından biridir. O, Ermənistana gəlməzdən öncə Qırğızıstan, Türkmənistan, Qazaxıstan, Əfqanıstan, Pakistan, Gürcüstan və Rusiyada çalışıb.

Tarix
2020.12.02 / 13:26
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Bakı və Sofiya siyasi məsləhətləşmələr keçirdi

Qazax nazir Ermənistanda: TRIPP müzakirə edildi

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Azərbaycan daha bir Konvensiyaya qoşulur

Elçin Əmirbəyov Litvanın XİN başçısı ilə görüşdü

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

Onlar antivətən xislətlərini yenə də büruzə verdilər...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla