Yuxarı

Bu Avropa ölkəsi sərt karantinə gedir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avstriya hökuməti sərt karantin rejiminin başa çatacağı dekabrın 6-dan sonrakı dövr üçün yeni qaydaları təqdim edib.

Axar.az xəbər verir ki, yeni qaydalara əsasən, ölkədəki hərəkət məhdudiyyəti Milad bayramına (25 dekabr) kimi qüvvədə qalacaq, ticarət obyektləri və ticarət mərkəzlərinin fəaliyyəti isə dekabrın 7-dən bərpa ediləcək. Eyni zamanda, məktəblərin yuxarı sinifləri istisna olmaqla bütün siniflərdə tədris prosesi davam etdiriləcək.

Federal Kansler Sebastian Kurts bildirib ki, son həftələrdə tətbiq edilən sərt karantin sayəsində gündəlik yoluxma halları azalsa da, bu, pandemiyanın arxada qalması anlamına gəlmir və ölkənin bütün əhalisi bu “yükə bağlanmış kəndiri eyni istiqamətdə” çəkməlidir. Yalnız belə olacağı halda, karantin qaydaları tədricən aradan qaldırılacaq və bütün ölkə üzrə normal həyata dönüş mümkün olacaq.

Hökumətin qərarında qastronomiya obyektləri ilə bağlı da dəyişiklik gözlənsə də, nə kafe və restoranlar, nə də otellərin fəaliyyətinin bərpa edilməsi nəzərdə tutulmur. Bu sektorlarda fəaliyyət göstərən obyektlər yanvarın 7-dən qapılarını müştərilərin üzünə aça biləcəklər.

Qastronomiya obyektlərinin bağlı qalacağı, lakin dağ-xizək mərkəzlərinin fəaliyyətinə icazə veriləcəyinə dair suala aydınlıq gətirən S.Kurts qeyd edib ki, xizək sürmək fərdi idman növü olduğuna görə insanlar arasında təmas imkanlarını məhdudlaşdırmaq asanlıqla mümkündür, lakin qastronomiya obyektlərində vəziyyət fərqlidir.

Mətbuat konfransında, həmçinin bildirilib ki, dekabrın 7-dən etibarən riskli ölkələrdən Avstriyaya geri qayıdan şəxslər müvafiq PCR testi təqdim etmələrindən asılı olmayaraq, ev şəraitində iki həftəlik özünütəcridlə barışmalı olacaqlar.

Qeyd edilməlidir ki, hazırda Avstriyada koronavirusa gündəlik yoluxma səviyyəsi təxminən 3500-ə düşüb. Ölkədə aktiv virus daşıyıcılarının sayı 108 min 54 nəfərdir, onlarda 3791 nəfəri xəstəxana şəraitində müalicə alır. COVID-19 xəstəliyi ilə əlaqədar ölüm hallarının sayı isə 3329-dur.

Tarix
2020.12.03 / 00:32
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla