Yuxarı

Ərdoğanın yeni kabineti “Xuntaya qarşı” qurulub

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ərdoğanın yeni kabineti “Xuntaya qarşı” qurulub

"Məlum korrupsiya əməliyyatını "polis-məhkəmə xuntasının" şantajı olaraq adlandıran AKP lideri yeni komandası ilə xunta olaraq adlandırdığı bu qruplara qarşı sərt bir mübarizəyə girişəcəyinin siqnalını vermiş oldu".

"Axar.az" xəbər verir ki, bu haqda "BBC Türkcə" məlumat yayıb.

Türkiyənin Baş naziri R.T.Ərdoğan üç nazirinin istefa verdiyi və bütün bu prosesi "İstiqlal mübarizəsi" olaraq adlandırdığı üçün Nazirlər Kabinetində vacib bir dəyişiklik edib. Təyin etdiyi yeni nazirlərlə "İstiqlal mübarizəsi" olaraq adlandırdığı prosesə tab gətirəcək bir komandayla girmək istəyən Ərdoğan Əfqan Ala, Mövlud Çavuşoğlu və Bəkir Bozdağ kimi şəxsləri ətrafına yığaraq demək olar ki, "müharibə kabineti" yaradıb.

Bildirilir ki, bu nazirlər də əvvəlkilər kimi rüşvət əməliyyatı qurbanı olmasalar və bu kabinet dəyişməsə Ərdoğan hər üç seçkiyə onlarla birgə hazırlaşacaq.

Əmrullah İşlər, Fikri İşıq, Lütfü Əlvan, İdris Güllücə, Akif Çağatay, Ayşənur İslam kimi sürpriz şəxsləri kabinetinə daxil edən Ərdoğan hər mənada ona bağlı olan, ən çətin vəziyyətdə etibar edə biləcəyi şəxslərlə işləmək istədiyini göstərmiş olub.

"Polis-məhkəmə xuntası"na qarşı

Ancaq Baş nazirin kabineti yenidən yaratmasında ən çox diqqət cəlb edən iki şəxs – məsləhətçisi Əfqan Alanı Daxili İşlər naziri, müavini Bəkir Bozdağı isə Ədliyyə naziri təyin etməsi olub. Məlum korrupsiya əməliyyatını polis-məhkəmə xuntasının şantajı olaraq adlandıran AKP lideri bu təyinatlarla "xuntaçı qruplara qarşı sərt bir mübarizəyə girişəcəyinin siqnalını da vermiş olub.

Baş nazirin katibi olaraq 2009-cu ildən indiyə kimi Ərdoğan adına böyük bürokratiyaya və ictimai işlərə nəzarət edən Ala ondan qabaq həm Diyarbəkir valisi, həm də Daxili İşlər Nazirliyində vəzifədə çalışmış şəxs kimi tanınır.

Polis təşkilatına nüfuz etmiş olan "paralel quruluşu" təmizləməyə söz verən Ərdoğan, Əfqanı bu vəzifəyə təyin edərək ilk hədəfinin Daxili İşlər Nazirliyini Gülənçilərdən təmizləmək olduğuna işarə edib.

Bəkir Bozdağın da Baş nazir müavini olaraq Ərdoğanın sözündən heç çıxmaması və AKP liderinə sədaqəti ilə tanınan bir siyasətçidir. Dolayısı ilə Bəkir Bozdağın da Alayla bərabər AKP-nin "polis-məhkəmə xuntası" olaraq adlandırdığı quruluşa qarşı mübarizə aparacaqları gözlənilir. Ancaq Bozdağın kürd probleminin həllinə keçmiş Ədliyyə naziri Sədullah Ərgin kimi isti yanaşmadığı, kürd siyasətçilərlə dialoqa daha soyuq yanaşdığı bilinir.

"Yeni AKP" portreti

Mətbuat və kulislərdə nazir namizədi olaraq adı çox da çəkilməyən şəxsləri Ərdoğanın nazir təyin etməsi də diqqəti cəlb edib.

Tarix
2013.12.26 / 14:17
Müəllif
Vüsal Tağı
Digər xəbərlər

Vəfa ilə müsahibəyə görə erməni kanalı bağlandı - Video

Qətər və AB strateji tərəfdaşlıq sazişi üzrə danışıqlara başladı

Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu - Video

Prezident BƏƏ-nin bir sıra şirkətlərinin rəhbərlərini qəbul etdi

Ərdoğanın müavini Azərbaycana gəlir

Bakı ilə narrativlərimiz ziddiyyətli idi... - Qriqoryan

Tramp buna görə İlham Əliyevə təşəkkür etdi

Eyyubov Moskvada mühüm iclasda: Diqqət çəkən məqam...

Azərbaycan Cənubi Qafqazda yeni reallıqlar yaradır

Sülh sazişinin paraflanması atmosferi dəyişdi - Qriqoryan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla