Yuxarı

İtkin düşən müharibə iştirakçısının meyiti tapıldı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İtkin düşən müharibə iştirakçısının meyiti tapıldı

Vətən müharibəsində sürücü kimi iştirak edən Kamal Ceyhun oğlu Süleymanov dekabrın 31-də Abşeron rayonunda yerləşən hərbi hissədən tərxis edildikdən sonra itkin düşüb. K.Süleymanovun yaxınları onun itkin düşməsi ilə bağlı polisə və mediaya bildirsələr də, K.Süleymanovu tapmaq mümkün olmamışdı.

Axar.az Trend-ə istinadən xəbər verir ki, Kamal Süleymanovun yaxınları 25 yaşlı gəncin meyitinin ötən gün tapıldığını bildirib. Vətən müharibəsinin iştirakçısının meyiti digər iki nəfərlə birlikdə Abşeron rayonunda kirayədə yaşadığı evdə aşkarlanıb. Hər üç şəxs dəm qazından boğularaq ölüblər.

Qeyd edək ki, 1995-ci il təvəllüdlü K.Süleymanov müharibənin ilk günündən səfərbərliyə çağırılaraq Füzuli uğrunda döyüşlərdə iştirak edib. O sonuncu dəfə dekabrın 31-də ailə üzvləri ilə danışaraq tərxis olunduğunu və yaxın vaxtlarda evə gələcəyini bildirib.

Tarix
2021.01.12 / 10:26
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

Universitetlərə bu statusun verilməsi ilə bağlı tələblər

Bu məhsulların gömrük rüsumları dəyişdi

İlham Əliyevin İrlandiyaya səfəri başa çatdı

Axtarışda olan şəxs Azərbaycana gətirildi

Nazirlər Kabinetindən bu nazirliklə bağlı vacib qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla