Yuxarı

Zəfər muzeyi və memorial kompleks burda olacaq - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin yaradılması ilə bağlı hazırlıq işlərinə başlanılıb.

Axar.az xəbər verir ki, Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyi Bakının əsas prospektlərindən biri hesab olunan Nobel prospektində yerləşəcək. Sözügedən prospektlə Ağ şəhər bulvarı arasında olan boş ərazidə yeni park salınır ki, muzey və kompleksdə həmin parkda qurulacaq. Artıq bir neçə gündür ki, işlərə start verilib və Vətən müharibəsində ələ keçirilmiş düşmənin hərbi texnikaları əraziyə gətirilib.

İlkin ehtimallara görə, hərbi texnikalar açıq havada Bakı sakinləri və qonaqlar üçün nümayiş olunacaq.

Xatırladaq ki, dekabrın 3-də Prezident İlham Əliyev Bakı şəhərində Vətən müharibəsi memorial kompleksinin və Zəfər muzeyinin yaradılması haqqında Sərəncam imzalayıb.

Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin yaradılması Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinə həvalə edilib.

Tarix
2021.01.15 / 14:15
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla