Yuxarı

Pentaqonun yeni rəhbəri: YPG-ni silahlandıran…

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Pentaqonun yeni rəhbəri: YPG-ni silahlandıran…

ABŞ-da Pentaqonun yeni rəhbəri seçilən Llyod Ostin Yaxın Şərqi yaxından tanıyır və PKK/YPG terror təşkilatlarını silahlandırmaqla məşhur olub.

Axar.az xəbər verir ki, bu barədə “BBC Türkçe” məlumat yayıb.

Nəşr yazır ki, Ostin 2010-2011-ci illərdə İraqdakı ABŞ qüvvələrinə rəhbərlik edib:

“O, bu dövr ərzində ABŞ-ın İraqdakı qoşunlarının geri çəkilməsində, eyni zamanda İraq ordusuna yardımların verilməsi və təlim keçirilməsini nəzərdə tutan yeni dövrə keçid fəaliyyətlərində mühüm rol oynadı.

Bundan başqa, Suriyada İŞİD-lə mübarizə iddiası ilə terror təşkilatı PKK-PYD-YPG üzvlərinin silahlandırılmasında liderlik edib. Ostin bölgədə aparılan hava əməliyyatlarını da idarə edən şəxs olub. O dövrdə verdiyi açıqlamada koalisiya qüvvələrinin hava əməliyyatı zamanı yüzlərlə İŞİD terrorçusunu öldürüldüyünü və PKK-PYD-YPG-nin itirdiyi ərazilərin geri qaytarılmasına köməklik göstərdiklərini bildirib.

Bundan başqa, Ostin ABŞ-ın YPG-yə dəstək verdiyini qəbul edən ilk rəsmilərdən olub. Pentaqon rəhbəri ABŞ-ın xüsusi təyinatlılarının YPG ilə təmasda olduğunu, onlara məsləhət və yardım göstərdiyini də deyib”.

Tarix
2021.01.23 / 19:32
Müəllif
Samir Soltanov
Digər xəbərlər

Kütləvi dava: Hamısı həbs edildi, deputat oğlundan başqa - Niyə?

Ərdoğanın Azərbaycana qarşı çıxan müşaviri istefa verir? - Təcili

Fransa niyə “dağılır”? - Alov Avropanı bürüyəcək

İlham Əliyev Tokayevi təbrik etdi

İrandan ABŞ-a yeni təklif: Hörmüzü açırıq, əvəzində...

1991-ci ildən sonra Rusiya ilə bağlı səhv etdik - Ruge

Urmiya gölü ilə bağlı yeni xəbər

Prezidentdən dünya çempionatı ilə bağlı paylaşım - Video

Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...

FİFA prezidentindən Əliyevə xatirə hədiyyələri - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla