Yuxarı

Rusiyadakı aksiyalarda 300 min insan iştirak edib

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiyadakı aksiyalarda 300 min insan iştirak edib

Yanvarın 23-də Rusiyanın müxtəlif bölgələrində Aleksey Navalnıya dəstək aksiyalarında iştirak edənlərin sayı 250-300 min nəfər təşkil edib.

Axar.az Hit.az-a istinadən xəbər verir ki, bunu siyasətçinin qərargah şəbəkələrinin rəhbəri Leonid Volkov deyib.

Korrupsiyaya Qarşı Mübarizə Fondunun direktoru İvan Jdanov Moskvada 50 mindən çox insanın razılaşdırılmamış aksiyaya çıxdığını deyib. "Reuters" agentliyi isə Moskvadakı etiraz aksiyasında 40 min nəfərin oduğunu yazıb.

RF Daxili İşlər Nazirliyinin məlumatına görə, Moskvada cəmi 4 min insan aksiyalara qoşulub.

"Bəyaz sayğac" layihəsinin koordinatoru Dmitri Nesterov "Açıq Mediya"ya verdiyi açıqlamada şəxsi qiymətləndirməsinə görə Puşkin meydanındakı nümayişdə bütövlükdə 20 mindən çox insanın iştirak etdiyini deyib. Nesterov onu da vurğulayıb ki, aksiya zamanı "Ağ sayğac" layihəsi hesablamalar aparmayıb. O, 23 yanvar etirazlarını Rusiyada keçirilən son illərin ən kütləvi razılaşdırılmamış aksiyası adlandırıb.

Yanvarın 23-də Rusiyanın paytaxt Moskva da daxil olmaqla müxtəlif bölgələrində Aleksey Navalnıya dəstək aksiyaları keçirilib. "OVD-İnfo"ya görə, razılaşdırılmamış aksiya zamanı 3 mindən çox insan güc strukturları tərəfindən saxlanılıb. Onlardan 1320 nəfəri Moskvada, 490-ı isə Peterburqda saxlanılıb.

Aksiyalardan sonra Rusiya Federasiyası İstintaq Komitəsi Moskvada, Sankt-Peterburqda və Vladivostokda polis məmurlarına qarşı zorakılıqla əlaqədar cinayət işləri və yetkinlik yaşına çatmayanların qanunsuz hərəkətlərə qarışması ilə bağlı iş qaldırıb. Bundan əlavə, Moskvada xuliqanlıq və əmlaka qəsdən ziyan vurma maddələri ilə də cinayət işləri açılıb.

Xatırladaq ki, yanvarın 17-də Berlindən Moskvaya dönən A.Navalnı 30 gün müddətinə həbs olunub. Qeyd olunur ki, məhkəmə müxalifətçinin "İv Roşe" işi üzrə şərti cəzasının həqiqi cəza ilə əvəz olunması məsələsinə də baxacaq.

Tarix
2021.01.24 / 20:57
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

Möhsün Yazıçıoğlu sui-qəsdin qurbanı olub - 17 illik sirr açıldı

MM-dən ABŞ Konqresinin qanun layihəsinə kəskin etiraz

7 ölkə İranla savaşa girir? - Ekspert

Prezident onu Türkiyəyə səfir təyin etdi

Prezident onu Özbəkistana səfir göndərdi

İlham Əliyev Mirziyayevin ad gününü təbrik etdi

Ukrayna Sankt-Peterburqa zərbə endirdi - Video

Azərbaycanın Gürcüstana münasibəti... - Kavelaşvili

MN təsdiqlədi: Öz qırıcımızdır, təlim-məşq uçuşudur - Təcili

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla