Yuxarı

Borrell Moskvaya gəlir: Qarabağ müzakirəsi...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Borrell Moskvaya gəlir: Qarabağ müzakirəsi...

21:52

Avropa Birliyinin baş diplomatı Jozep Borrell Moskvaya səfər edəcək.

Axar.az xəbər verir ki, Borrell özü Avropa Birliyi Şurasının Brüsseldə keçirilən iclasında elan edib.

“Fevral ayının ilk həftəsində xarici işlər naziri Sergey Lavrovun dəvəti ilə Moskvaya səfər etmək niyyətim barədə Şuraya məlumat verdim”, - Borrell bildirib.

***

Rusiya xarici işlər naziri Sergey Lavrovla Avropa Birliyinin baş diplomatı Jozep Borrell arasında fevralın 5-də Moskvada keçiriləcək görüşdə Qarabağdakı vəziyyət də müzakirə olunacaq.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Görüş zamanı Rusiya-AB münasibətlərinin bütün problemləri və perspektivləri müzakirə ediləcək. Qərbi Balkanlar, Yaxın Şərq və Şimali Afrika, MDB məkanındakı vəziyyət də daxil olmaqla beynəlxalq gündəmdəki aktual mövzularda geniş fikir mübadiləsi aparılması planlaşdırılır. İranın nüvə proqramı ətrafında vəziyyətin həlli, Qarabağda vəziyyətin daha da sabitləşdirilməsi də müzakirə ediləcək”, - məlumatda qeyd olunub.

Tarix
2021.01.25 / 23:06
Müəllif
Anar Əhmədov
Digər xəbərlər

İtaliyanın XİN rəhbəri Azərbaycana gəldi

İlham Əliyev ABŞ-ın daxili təhlükəsizlik nazirini qəbul etdi

Vyetnamla Azərbaycan arasında imzalanan bu sənəd...

“Azərbaycanda doğulub” sözünə görə “mübarizə” aparır

İlham Əliyev Livan prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

“Bədr müqaviləsi” Türkiyəyə nə qazandıracaq?

Ağdama həsr olunan klip yayıldı - Video

Bu ölkədə Araik Arutyunyana “vətəndaşlıq” verildi

İlham Əliyevin Vyetnam səfərindən video yayıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla