Yuxarı

Türk ekspert: Gəmilərimizi "Aksunqur"lar qorusun! - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türk ekspert: Gəmilərimizi "Aksunqur"lar qorusun! - Video

08:45

Türkiyə gəmilərinin qorunmasında "Aksunqur" kimi PUA-lardan istifadə edilə bilər.

Axar.az xəbər verir ki, bu sözləri türkiyəli eskpert Yusif Alabarda bir neçə gün əvvəl Nigeriya sahillərində hücuma məruz qalan türk gəmisi ilə bağlı açıqlamasında deyib.

“Belə məqamlarda dövlətlərin təkbaşına problemi həll etməsi mümkünsüzdür. Əvvəla, Atlantik okeanı olduqca böyük sahədir. Döyüş gəmiləri ilə öhdəsindən gəlmək çox çətindir. Afrika sahillərində hər hansı tədbir görmək isə ümumiyyətlə mümkünsüzdür. Təhlükəsizlik tədbirləri bu formalarda ola bilər: birincisi, xəbərdarlıqlara əməl edirsiniz, ikincisi, özəl təhlükəsizlik şirkətlərinin əməkdaşlarını gəmilərə yerləşdirirsiniz, üçüncüsü, 48 saat havada qala bilən "Aksunqur" kimi PUA-lardan istifadə edilə bilər. Dördüncüsü isə amfibiya tipi təyyarə ilə qorumaq mümkün ola bilər”, - deyə ekspert bildirib.

Qeyd edək ki, 23 yanvarda Nigeriya sahillərində üzən Türkiyənin “Boden dənizçilik” şirkətinə məxsus "Mozart" adlı gəmiyə dəniz quldurları tərəfindən hücum edilib. Hücum nəticəsində 19 nəfər gəmi heyəti üzvündən 15-i girov götürülüb, 2-ci mühəndis Fərman Əli oğlu İsmayılov öldürülüb, 3 nəfər gəmi ilə birgə azad edilib.

Tarix
2021.01.26 / 11:09
Müəllif
Kamran Ədalət
Digər xəbərlər

Bu gün Antalyada COP31 Liderlər Zirvəsi keçiriləcək

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla