Yuxarı

Prezidentə qarşı etirazlar – 44 ölü

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezidentə qarşı etirazlar – 44 ölü

Afrikanın Burundi ölkəsində apreldən başlayan nümayişlər nəticəsində ölənlərin sayı 44 nəfərə çatıb.

Axar.az xəbər verir ki, hazırkı prezident Pierre Nkurunzizanın üçüncü dəfə namizədliyini irəli sürməsi etirazlara səbəb olub. Növbəti aksiyalar zamanı daha iki nəfər həyatını itirib.

Güc strukturlarının paytaxt Bujumburanın Cibtoke məhəlləsində etirazçılara atəş açması nəticəsində ölənlər olub. Ölkənin müxtəlif yerlərində isə nümayişlər davam edir. Hadisələr zamanı 500 nəfərdən çox yaralanan var.
Burundi seçkilərə iyunun 26-da gedəcək.

Qeyd edək ki, 1994-cü ildə Ruanda ilə bərabər xutu-tutsi genosidinə səhnə olmuş Burundidə ilk dəfə seçkilər 2011-ci ildə keçirilib. O vaxtadək prezidenti parlament təyin edib. Bir sözlə, xalq ilk dəfəydi səs verirdi. Rəsmi nəticələrə görə, seçkiləri udan köhnə prezident səslərin 91,62%-ni qazanmışdı. Ölkədə böyük əksəriyyətin tam savadsız olmasını, yəni oxuya və yaza bilməməsini nəzərə alaraq unikal bir qayda tətbiq edilmişdi. Kim namizəd olan prezident Nkurunzizaya səs vermək istəyirdisə, öz bülletenlərini ağ zərfə qoyub ağ qutuya atırdı. Kim əleyhinəydisə, onlar üçün qara qutulara atmaq üçün qara zərflər ayrılmışdı.

Tarix
2015.05.28 / 21:15
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

Fulya Öztürk Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla