Yuxarı

Türk ordusu ən çətin savaşa başladı: Döyüş gedir - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

09:00

Terrorçuların özlərini ən güvəndə hiss etdikləri yerdə, Qara Qəndilin son qapısı - İraqın Qara bölgəsində helikopterlərlə sızaraq əməliyyat aparırıq. Belə bir bölgədə əməliyyat icra etmək dünyanın ən çətin işidir.

Axar.az xəbər verir ki, bunu türkiyəli təhlükəsizlik üzrə ekspert Mete Yarar deyib.

Yarar vurğulayıb ki, terrorçular türk əsgərini sərhəddən gözlədiyi anda TSQ terrorçuların olduğu bölgənin cənubundan peyda olaraq əməliyyatı uğurla icra edir:

"Maraqlısı budur ki, hərbçilərimiz şimaldan deyil, cənubdan hücum edərək, terrorçuları təəccübləndirir. Qara bölgəsinə ATAK helikopterləri 40 km dərinliyə girərək, hərəkatı icra edə bilir. Bu, helikopterin özünü nə dərəcə qoruduğunu görmək baxımından çox vacibdir. Eyni zamanda, döyüş meydanına nəzarət üçün çox önəmlidir".

"Xəritədə nə qədər böyük bir ərazinin təmizləndiyini görə bilərik. Əməliyyat İraq sərhədində səssizcə yerinə yetirilir, onqat çətin əməliyyatdır. Xəritədə sarı rəngdə gördüyünüz yerlər PKK-nın əvvəl düşərgə saldığı bölgələrdir. Qəhvəyi rənglə işarlənmiş yerlərdə isə Türkiyə Silahlı Qüvvələri cəmləşib. Qara bölgəsi Türkiyə ilə ərazi baxımından əlaqəsi olmayan bir sahədir. Bu günə qədər aparılmış əməliyyatlar içərisində bildiyim qədər ilə sərhədlə əlaqəsi olmayan ən dərin əməliyyatdır", - M.Yarar vurğulayıb.

Qeyd edək ki, ötən gün İraqın şimalında yerləşən Qara bölgəsində TSQ "Pəncə-Qartal 2 Hərəkatı"na başlayıb.

Tarix
2021.02.11 / 12:30
Müəllif
Pərviz Həsənov
Şərhlər
Digər xəbərlər

Ermənistana hərbi texnika daşınır: Bakı qərar verəcək - Ekspert

Japarov Bakıda: Mühüm iclas keçirildi - Foto

Qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk - Prezident

Azərbaycan-Qırğızıstan sənədləri imzalandı - Foto

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər

Siyarto bu gün Azərbaycana gəlir

Makron “erməni soyqırımı”ndan yazdı: Unutmayaq...

Xocalıda məxfi xəritələr aşkarlandı - Video

5 gündür susan Makron barmaqlamağa başladı...

Prezidentlərin məhdud tərkibdə görüşü oldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla