Yuxarı

Gülənin videoları “Yutub”dan silinəcək

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fətullah Gülənin korrupsiya əməliyyatlarından sonra qarğış etdiyi söhbətlə əlaqədar hazırlanan komik videolar "Yutub"dan silinəcək.

Hazırlıq kursları mübahisələri ilə başlayıb, korrupsiya əməliyyatları ilə şiddətlənən hökumət–Gülən tərəfdarları gərginliyində dönüş nöqtəsi halına gələn "qarğış videosu" ilə əlaqədar qəribə hadisə yaşanıb.

Gülənin qarğış etdiyi videonun yenidən montaj edilərək yumor mövzusu edildiyi üçün tərəfdarları hərəkətə keçib.

"Axar.az" "Milliyət"ə istinadən xəbər verir ki, Gülənə yaxın media orqanları video ilə dilxoşluq edən montajların silinməsi üçün "yutub"a müraciət edib. "Yutub"a "müəllif hüquqları" əsası ilə etiraz edilib.

Etirazları haqlı görən "yutub" bir çox videonu silib, yerinə "Bu video "Samanyolumedia" tərəfindən müraciət olunan müəllif hüququ səbəbi ilə artıq istifadə edilmir" cümləsi qoyulub.

Xatırladaq ki, "Axar.az" saytı olaraq bizim də "yutub" hesabımız "Samanyolumedia" tərəfindən şirkətə şikayət edilmiş, Fətullah Gülənin məlum videosu silinmişdi.

Tarix
2013.12.28 / 15:21
Müəllif
Vüsal Tağı
Şərhlər
Digər xəbərlər

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...

Sığorta ödənişinin verilməsi qaydası dəyişdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla