Yuxarı

Rusiya: “Ukrayna NATO-ya daxil olarsa…”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya: “Ukrayna NATO-ya daxil olarsa…”

Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin Ukraynanın NATO-ya üzvlük məsələsinə münasibət bildirib.

Axar.az xəbər verir ki, Duma sədri Kiyevin alyansa üzv olacağı təqdirdə ölkəsinin buna cavab verəcəyini deyib. Bundan başqa Moskva rəsmisi Ukraynanın referendum yolu ilə NATO-ya üzvlüyünə də inanmadığını deyib:

"Biz bu addımı cavabsız buraxmayacağıq. Ukrayna NATO-ya üzv olarsa, alyansın sərhədləri Rusiyanın qapısında dayanacaq. Bir qisim razılaşmaları yenidən nəzərdən keçirilə bilər. Son 20 illik bir dövrdə Rusiya ittifaqla dialoq aparır. Biz ortaq təşkilatlar yaratdıq. Birgə layihələr tətbiq etdik. İndi bunların hamısı ləğv edildi".

Rusiya və NATO əlaqələrində optimist olmaq istədiyini deyən Narışkin hələ ümidin itmədiyini bildirib:

"Dünyada kifayət qədər dürüst və məsuliyyətli insanlar var. Bu insanlar ən azından Avro-Atlantik bölgəsində ölkələrinin maraqlarını qoruyacaq. Bu baxımdan Rusiya mədəniyyət, tarix, ənənə, insani və mənəvi dəyərləri ortaq olan Avropa anlayışında yer alır".

Dumanın Beynəlxalq Əlaqələr Komissiyasının sədri Aleksey Puşkov isə Ukraynanın NATO, yaxud Avropa Birliyinə üzvlük şansının olmadığını deyib:

"Ukrayna Prezidenti Pyotr Poroşenko NATO üzvlüyü üçün hər şeyi hazırlayıb. Ancaq Kiyev NATO üzvü ola bilməyəcək. Çünki ittifaqa daxil olan bütün ölkələr Ukraynanın problemdən başqa bir şey gətirməyəcəyini yaxşı bilir".

Qeyd edək ki, Kiyevdə iqtidara gələn Qərb meyilli Poroşenko hökuməti hərbi bloklara üzv olmanı əngəlləyən konstitusiya maddəsini dəyişdirib.

Tarix
2015.06.01 / 20:06
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Zelenskinin Qəbələ səfərinə Rusiyadan ikili yanaşma

“Son zəng” qadağaları: Uşaqlardan bu fərəhi niyə alırsınız?

Andrey Babiş Azərbaycana gəldi

Neft məhsullarının Ermənistana ixracı... - Prezident

İlham Əliyev beynəlxalq mükafata layiq görüldü

Azərbaycan bu ölkəni təbrik etdi

Təlxək Məmdani ifşa etdi: Nikol Bakıya qarşı oyun qurur

İlham Əliyev ABŞ-dakı atışma ilə bağlı paylaşım etdi

Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi?

Bakı ilə Belqrad arasında Astanada mühüm müzakirə

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla