Yuxarı

Makron yenə NATO-nu tənqid etdi: Mənasız qurum...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Makron yenə NATO-nu tənqid etdi: Mənasız qurum...

Fransa Prezidenti Emmanuel Makron artıq NATO ilə mücadilə olunmasını mənasız saydığını bildirib.

Axar.az Musavat.com-a istinadla xəbər verir ki, fransız lider artıq bu təşkilatın aktual olmadığını qeyd edib.

Fransa dövlət başçısının sözlərinə görə, Şimali Atlantika Alyansı vaxtilə SSRİ ətrafında qurulan və hazırda mövcud olmayan Varşava müqaviləsi təşkilatına qarşı dayanmaq üçün yaradılıb.

“Bəzən biz artıq olmayan bir ideologiya və ya təşkilatla savaşmağa davam edirik. Bu isə Avropanın özünün bölünməsinə gətirib çıxarır”, - deyə Emmanuel Makron bildirib.

Prezident Makron BMT Təhlükəsizlik Şurasının da fəaliyyətini tənqid edib. Onun fikrincə, bu qurum iri bölgəsəl münaqişələrin həlli vasitəsi kimi sıradan çıxıb. Məsələn, Şura ABŞ və Çin arasındakı gərginliyi önləyə bilərdi, lakin Markona görə, Çin Xalq Respublikası çətin ki, bununla razılaşsın.

Xatırladaq ki, iki il bundan öncə Fransa prezidenti NATO-nun “beyin ölümü” keçirdiyini söyləmiş, bu da ABŞ-ın keçmiş prezidenti Donald Trampın qəzəbinə səbəb olmuşdu.

Donald Tramp fransızları nankorluqda suçalayaraq, “Əgər biz olmasaydıq, indi onlar alman dilində danışırdılar”, - demişdi.

Tarix
2021.02.21 / 22:04
Müəllif
Axar.az
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla