Yuxarı

Hulusi Akar: PKK o qədər özündən əmin idi ki...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hulusi Akar: PKK o qədər özündən əmin idi ki...

Qara bölgəsini bir mağara və təpədən ibarət olduğunu hesab edənlər təəssüf ki, cəmiyyəti aldatmaqla məşğuldurlar.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə milli müdafiə naziri Hulusi Akar yerli mediaya müsahibəsində deyib.

“İç-içə mağaralarla dolu olan Qara bölgəsində - 75 km uzunluğu, 25 km eni olan ərazidə əməliyyat keçirildi. Ərazi mürəkkəb coğrafi relyefə malik olduğundan, aviazərbələrlə zərərsizləşdirilən terrorçuların sayı sonradan müəyyən edilir. Bu baxımdan Qarada məhv edilən terrorçuların 53 deyil, ən azı bundan iki dəfə çox olması həqiqəti ortaya çıxır. Bu məsələ də digərləri kimi yaxın zamanda aydın olacaq. Çünki biz bilirik ki, terrorçular ölülərini mağaraların daha dərin yerlərində basdırırlar. PKK o bölgədə (Qara bölgəsi) özündən çox əmin davranırdı. Son əməliyyatla böyük şok yaşadılar. Artıq Qaranın özləri üçün etibarlı yer olmadığını anladılar”, - deyə nazir bildirib.

Akar əlavə edib ki, Qara aviaəməliyyatları qurudan hər hansı dəstək olmadan həyata keçirilib.

Nazirin sözlərinə görə, Qaradakı əməliyyat Qəndildəki PKK rəhbərlərini də təşvişə salıb.

Tarix
2021.02.23 / 08:15
Müəllif
Kamran Ədalət
Digər xəbərlər

Oranın azad edilməsi müharibənin taleyində mühüm rol oynadı

Azərbaycan üzərindən Kuşnerə 1 milyard köçürülüb?

Tramp hazırlaşır: İrana hücumun detalları

Azərbaycan və Hindistan XİN rəhbərləri görüşdü

İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi

Zəmin hazırlanır: İrana hücum nə vaxt başlayacaq?

Bakı və Ankaraya qarşı planın əsas hədəfi - Akyar

Azərbaycan BMT-də mina təhlükəsi məsələsini qaldırdı

Qalibafdan sirli paylaşım: Çıx get! - Foto

TBMM-də çıxış: Əliyevi hədəf alanlar... – Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla