Yuxarı

ABŞ ən güclü PUA-larını Rusiya sərhədinə göndərir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ ən güclü PUA-larını Rusiya sərhədinə göndərir

Pentaqon bir neçə üsulla Şərqi Avropada Moskvanın qarşısını almağa çalışacaq. Bura çoxmillətli hərbi təlimlərin keçirilməsi, strateji əhəmiyyətli ərazilərdə yerüstü uzaqmənzilli qanadlı raketlərin və müşahidə vasitələrinin yerləşdirilməsi daxildir.

Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın “Nəşnl İnterest” jurnalında yayımlanan məqalədə bildirilib.

“Əfqanıstanda, eləcə də İŞİD-in qalıqlarına qarşı əməliyyatlar aparan ABŞ Hərbi Hava Qüvvələrinin 25-ci zərbə qrupu əməliyyatların mərkəzini dəyişir. İndi bu qruplaşma Avropada əməliyyatlar aparacaq. Bunun üçün Rumıniya və Baltikyanı ölkələrə “MQ-9 Reaper” kəşfiyyat-zərbə PUA-ları göndərilir”, - məqalədə bildirilib.

Məqalə müəllifinin yazdığına görə, terrorçulara qarşı hərbi əməliyyatlarda iştirak edən bu PUA-lar indi nəhənglərlə savaşda qiymətli silah ola bilər:

“Onun texniki effektivliyi və dəqiqliyi buna imkan verir, çünki “Reaper” düşmən hədəflərini izləyir və məhv edir. Bundan başqa ABŞ Hərbi Hava Qüvvələri yüksək texnologiyalı rəqiblə mübarizə aparmaq üçün bu silahı daim yeniləyir. Hazırda “MQ-9 Reaper” stels texnologiyasına malik deyil”.

Tarix
2021.02.23 / 08:45
Müəllif
Anar Əhmədov
Digər xəbərlər

İlham Əliyev Corciya Meloni ilə söhbətləşdi - Foto

Azərbaycan ən iri neft təchizatçımızdır - Babiş

İlham Əliyev Kiriakos Miçotakislə görüşdü

Transsərhəd çaylarla bağlı işçi qrupu yaradıldı

Mirzoyanın Bayramovla söhbətdə əl hərəkəti… - Video

Dublində Əliyevlə Paşinyanın görüşü keçirildi - Video

Hikmət Hacıyev Alen Simonyanla müzakirə apardı - Video

İlham Əliyevin Britaniya baş naziri ilə görüşü gözlənilir

Ömüraliyev TİF-in Prezidenti təyin olundu

İlham Əliyev dəyirmi masada iştirak etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla