Yuxarı

Ermənistanla bağlı proqnoz: Defolt gözlənilir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənistanla bağlı proqnoz: Defolt gözlənilir

Ermənistan iqtisadiyyatının defolt riski var. Faiz ödənişləri hər gün artır. Bu onu göstərir ki, Ermənistan nəinki yeni borc götürə, hətta beynəlxalq maliyyə institutları Ermənistan iqtisadiyyatını birbaşa nəzarətləri altına ala bilər.

Axar.az xəbər verir ki, bunu Ermənistanın Vatikandakı səfiri, Serj Sərkisyanın kürəkəni Mikayıl Minasyan Teleqram kanalında yazıb.

“Bir ay əvvəl hökumət 750 milyon dollarlıq avrobond payladı və bununla da dövlət borcunu 10% artırdı. Bu məbləğ iqtisadiyyatın inkişafına xərclənməli idi ki, iqtisadi fəallıq olsun, ÜDM artsın, amma məlum olduğu kimi, maaş və mükafatlara xərclənəcək. Hakimiyyət dəyişikliyindən sonra dövlət borcu 2.3 milyard dollar artdı və ilin sonuna kimi ÜDM-in 70 faizinə bərabər olacaq. Dövlət borcu haqqında qanunvericiliyə görə, borc həddi 60 faizdir, hazırda isə Ermənistanda bu rəqəm 65-66 faiz civarındadır. Yəni milli borc artıq qanunla müəyyən edilmiş həddi keçib. İndi hər bir Ermənistan vətəndaşının 2960 dollar borcu var. Nikolun səhvləri Ermənistan vətəndaşları üçün baha başa gəlir. Həm də maliyyə baxımından”, - Minasyan bildirib.

Tarix
2021.02.23 / 02:12
Müəllif
Anar Əhmədov
Digər xəbərlər

Bakı onlar üçün vizasız rejim tətbiq etmək istəyir

Azərbaycan və Yaponiya XİN rəhbərləri görüşdü

Eynulla Fətullayev saytını neçəyə satıb? - Fantastik rəqəm

İlham Əliyev portuqaliyalı həmkarını təbrik etdi

Hər dəfə Tramp və Bibi “dalaşanda” İrana zərbə endirilir

Rəhman Mustafayev Mixail Qaluzinlə görüşdü

Artıq bəsdir: İran bu Əbülfəzli susdurmalıdır!

Şimali Kiprin baş naziri Azərbaycana gəlir

Ermənilər Azərbaycan mahnısına oynadılar - Video

Kremlin İrəvanla bağlı siyasəti: Buna məcburdur!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla