Yuxarı

Putin hökuməti istefaya göndərə bilər – Ciddi siqnal

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Rusiyada böhran hələ pik həddinə çatmayıb. Çünki makroiqtisadi göstəricilərdə baş verən proseslər dalğalı şəkildə davam edir".

Bu barədə Axar.az-a iqtisadçı ekspert Natiq Cəfərli açıqlama verib. O, Rusiya hökumətinin ilin II rübünün sonunda mühüm qərarlar verə biləcəyini istisna etməyib:

"Bu ayın sonu, gələn ayın əvvəllərində bəzi səbəblərə görə neftin qiymətinin xeyli dərəcədə aşağı düşməsi gözlənilir. Rusiya iqtisadiyyatının neftin qiymətindən köklü asılılığını nəzərə alsaq, bunun ölkə iqtisadiyyatında ciddi təlatümlərə yol açacağını proqnozlaşdırmaq olar. Çünki sanksiyalar davam edir və bunun təsirləri ortadadır. II rübün sonu, III rübün əvvəllərində Rusiyadakı böhranın pik həddə çatmasını və iqtisadi artımın xeyli zəifləməsini müşahidə edə bilərik. Bu, istisna deyil. Təbii ki, belə hallar baş verərsə, Putin bunun cavabdehlərini axtarmalı olacaq. Bunun da nəticəsi kimi II rübün sonu, III rübün əvvəllərində istefalar və hökumətdə ciddi dəyişikliklər baş verə bilər. Yəni Putin bu addımı ata və iqtisadi proseslərdən dolayı hökumətin yetərsizliyini irəli sürərək yeni bir kabinet formalaşdırmağa cəhd edə bilər. Bu halda isə keçmişdə Rusiyanın iqtisadi islahatlarında yer almış, liberal qanada yaxınlığı ilə bilinən yeni bir komandanın formalaşması gözlənilən addımlardan biri ola bilər. Bununla da müəyyən dərəcədə islahatların başlamasına ciddi bir siqnal verilmiş olardı".

Qeyd edək ki, Rusiyanın keçmiş maliyyə naziri Aleksey Kudrin Rusiyada iqtisadi böhranın hələ aradan qaldırılmadığını və pik həddin bu ilin ikinci rübündə baş verəcəyini bildirib.

Tarix
2015.06.02 / 12:27
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Kəndlərin qaytarılmasını alqışlayırıq - Mişel

Bağanis Ayrım kəndi minalardan təmizlənir

Sülhməramlılar Goran stansiyasında cəmləşdi - Foto

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla