Yuxarı

DÇ-yə hazırlıq işlərində 6,7 min işçi ölüb

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
DÇ-yə hazırlıq işlərində 6,7 min işçi ölüb

Qətərdə 2022-ci ildə keçiriləcək futbol üzrə dünya çempionatına hazırlıq işlərində dünyasını dəyişmiş şəxslərin sayı açıqlanıb.

Axar.az Report-a istinadən xəbər verir ki, 2011-ci ildən ötən ilin sonunadək ümumilikdə 6 700 nəfərdən çox işçi miqrant həyatını itirib.

Onların əksəriyyətinin Hindistan, Banqladeş, Nepal və Şri-Lankadan olduğu bildirilib. Həmçinin ölənlər arasında 824 nəfər Pakistan sakini də var. Əslində sayın daha çox olduğu iddia edilir. Çünki bu siyahıya Qətərdəki işçi miqrantların böyük hissəsini təşkil edən Filippin və Keniya vətəndaşlarının adları salınmayıb.

Fars Körfəzi İşçilərinin Hüquqları Qrupunun rəhbəri Nik Makgixan bildirib ki, 2011-ci ildən bəri ölən işçilərin çoxu Qətərin mundiala ev sahibliyi etmə haqqını qazandığı vaxtdan sözügedən ölkədə işləyirdi.

Qeyd edək ki, DÇ-2022 gələn il 21 noyabr - 18 dekabrda keçirilməlidir. Bu, qış vaxtı təşkil olunacaq ilk mundialdır.

Tarix
2021.02.24 / 01:40
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla