Yuxarı

ABŞ-ın Liviya oyunu: Sessiya keçirilməlidir...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ-ın Liviya oyunu: Sessiya keçirilməlidir...

ABŞ-ın Liviyadakı səfiri Riçard Norland Liviyanın Tobruk Nümayəndələr Palatasının sədri Aqilə Salehlə görüşüb.

Axar.az xəbər verir ki, səfir Salehlə görüşündə palatada yeni kabinetin tərkibinin müəyyənləşdirilməsi ilə əlaqədar sessiya keçirilməsinin vacibliyini bildirib.

Saleh öz növbəsində Nümayəndələr Palatasının bu məsələdə məsuliyyəti öz üzərinə götürməli olduğunu qeyd edərək, yeni hökumətin də Liviya Siyasi Dialoq Forumu və Qahirə Bəyannaməsinin nəticələrinə hörmət etməli olduğunu deyib.

Qeyd edək ki, Liviyanın yeni Baş naziri Əbdülhəmid Dibeybə fevralın 26-na qədər etimad səsi alması üçün yeni kabinetin siyahısını Haftarın müttəfiqi Aqilə Salehin rəhbərlik etdiyi Nümayəndələr Palatasına təqdim etməlidir. Əgər palatadan lazım olan səs toplanmasa, Liviya Siyasi Dialoq Forumu üzvləri kabinetin tərkibini müəyyənləşdirəcək.

Tarix
2021.02.24 / 21:15
Müəllif
Kamran Ədalət
Digər xəbərlər

Ərdoğanın Bakıya qəfil səfər qərarının səbəbi - General

İran Ermənistana xəbərdarlıq etdi: "Qırmızı xətt"...

Hacıyevin İrəvana səfəri: hansı təcili zərurət vardı?

İtaliya XİN rəhbəri Azərbaycana gəlir

İlham Əliyev braziliyalı həmkarını təbrik etdi

Azərbaycan haqda sözlərinizin nəticəsini anlayırsınız?

Ərdoğanı Bakıya gətirən səbəb...

Azərbaycana gedirəm, ümid edirəm ki... - Ərdoğan

Ermənipərəst senatorla biz yox, onlar mübarizə aparacaq

Paşinyan Türkiyəyə gedir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla