Yuxarı

Erməni valideynləri tələb edir: Qarabağa göndərməyin!

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Erməni valideynləri tələb edir: Qarabağa göndərməyin!

Ermənistan Müdafiə Nazirliyi binası qarşısında Qarabağa qanunsuz olaraq xidmətə göndərilən onlarla əsgərin valideyni toplaşıb.

Axar.az xəbər verir ki, onların bir qismi övladlarının Ermənistana geri çağırılmasını, digərləri isə ümumiyyətlə, övladlarını Qarabağa göndərməməyi tələb ediblər.

Bir müddət öncə Qarabağa getməkdən imtina edərək, hərbi hissələrdən qaçan əsgərlərin valideynləri də Müdafiə Nazirliyi qarşısına toplaşıblar. Fərari sayılan əsgərlərdən birinin anası kameralar qarşısında qışqıraraq, 44 günlük müharibənin dəhşətini görən əsgərlərə və valideynlərə hörmət edilməsini tələb edib:

“İstəmirəm ki, oğlum Qarabağda xidmət etsin. Qoy, hara göndərirlərsə göndərsinlər, amma bu, Ermənistanın sərhədləri daxilində olsun. Bizim uşaqları zorla maşınlara oturdub aparırlar. Bu bizim üçün qəbuledilməzdir”.

Qeyd edək ki, bundan öncə Ermənistanda bir qrup hərbçini daimi dislokasiya yerlərinə göndərən zaman hərbçilər və qohumları ilə Müdafiə Nazirliyinin rəsmiləri arasında toqquşma yaşanıb. Hərbi hissədə yaranan toqquşma zamanı bir sıra əsgərlər situasiyadan istifadə edərək, hərbi hissəni özbaşına tərk edərək qaçıblar.

Tarix
2021.02.25 / 11:56
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

İranda qızlar başını necə bağlayır? - Fotolar

Prezidentlərin geniş tərkibdə görüşü oldu

Kamboca ilə diplomatik münasibətlərin qurulması... - Deputat

İranda hicaba qarşı yeni etiraz aksiyaları başlayır

Azərbaycan XİN Ərəbistana başsağlığı verdi

Ərdoğanın baş müşavirinin Azərbaycana qarşı qərəzi... - YAP

Azərbaycan Asiya ölkələri ilə əməkdaşlığı genişləndirir

Laos prezidentinin şərəfinə rəsmi nahar verildi - Foto

Azərbaycan məktəblərində hicab qadağası... - Saakaşvili

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla