Yuxarı

Köçəryan da xalqa çağırış etdi - Gərginlik artır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Köçəryan da xalqa çağırış etdi - Gərginlik artır

13:51

Çiçəklənən Ermənistan Partiyası Paşinyana çağırış edib.

Axar.az xəbər verir ki, partiya Paşinyanı ölkədə vətəndaş müharibəsi yaratmamağa səsləyib.

Bununla bərabər, polis və Milli Təhlükəsizlik Xidmətinə Paşinyanın əmrlərinə tabe olmamaq çağırışı edilib.

İşıqlı Ermənistan Partiyasının sədri Edmon Marukyan da ordunu müdafiə edib.

O, Baş Qərargahın bəyanatını çevriliş cəhdi saymadığını, bəyanatında dövlət təhlükəsizliyi və konstitusiyaya zidd heç bir şeyin olmadığını bildirib.

***

Robert Köçəryan da erməniləri öz dövlətlərinin ağaları olmağa və ordunun yanında durmağa çağırıb.

"Müharibədə məğlub olan və torpağı təslim edən hökumət getməlidir. Bu, ilk növbədə milli dirçəlişimiz üçün lazım olan zəmanətdir", - deyə o bildirib.

Qeyd edək ki, Vətənin Xilası Hərəkatı bu gün 15:00-da Azadlıq meydanına, Nikol Paşinyan isə 16:00-da Respublika meydanına mitinq təyin edib.

Nikol Paşinyan artıq tərəfdarları ilə yürüşə başlayıb.

Tarix
2021.02.25 / 15:29
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Hikmət Hacıyev Kevin Hamiltonla görüşdü - Foto

Azərbaycan nümayəndələri Ermənistana gedəcək

İlham Əliyev televiziya və radio işçilərini təbrik etdi

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla