Yuxarı

ABŞ-dan İrəvandakı hadisələrlə bağlı – Açıqlama

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ-dan İrəvandakı hadisələrlə bağlı – Açıqlama

18:45

ABŞ Dövlət Departamenti Ermənistanda bütün tərəfləri gərginliyi artırmamağa, hərbçiləri isə siyasətə qarışmamağa çağırır.

Axar.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin rəsmisi Ned Prays deyib.

“Ermənistanda baş verənlərdən xəbərdarıq və vəziyyəti çox diqqətlə izləyirik. Bütün partiyalara əsas demokratik prinsipi xatırladırıq, dövlətlərin silahlı qüvvələri daxili siyasətə qarışmamalıdır. ABŞ Ermənistandakı demokratik prosesləri və institutları, demokratiyasını və suverenliyini dəstəkləməyə davam edir. Liderləri fikir ayrılıqlarını sülh yolu ilə həll etməyə çağırırıq”, - Prays bildirib.

Qeyd edək ki, ABŞ-ın Ermənistandakı səfirliyi də İrəvanda baş verənlərlə bağlı bəyanat yaymışdı.

Səfirlik Ermənistanda baş verənləri diqqətlə izlədiklərini bildirmiş və tərəfləri sakitliyə, təmkin göstərməyə və gərginliyi azaltmağa çağırmışdı.

Tarix
2021.02.26 / 00:52
Müəllif
Anar Əhmədov
Digər xəbərlər

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Rusiya bu silahı təklif edir - Azərbaycan alacaq?

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla