Ağdərə körpüsü bağlandı, SEPAH həbslərə başladı
16:25
Ana səhifə Planet |
Rusiya Prezidenti Vladimir Putin Aslan Byutukayevin rəhbərlik etdiyi cinayətkar qruplaşmaya qarşı aparılan əməliyyatları şəxsən nəzarətdə saxlayıb.
Axar.az xəbər verir ki, bu sözləri Çeçenistan rəhbəri Ramzan Kadırov deyib.
“Putin FTX-nin iclasında Çeçenistanda Aslan Byutukayevin rəhbərlik etdiyi son cinayətkar qruplaşmanın məhv edildiyi dekabr əməliyyatını yüksək qiymətləndirib. Cinayətkar qruplaşmalara qarşı son həlledici zərbənin əməliyyatı şəxsən nəzarətdə saxlayan Prezidentin iştirakı ilə vurulması simvolikdir”, - deyə Kadırov bildirib.
Qeyd edək ki, Putin FTX-nin iclasında ötən ilin dekabr ayında Çeçenistan və İnquşetiyada cinayətlər törətmiş qruplaşmanın məhv edildiyini söyləmişdi.
Tarix
2021.02.25 / 23:15
|
Müəllif
Kamran Ədalət
|