Yuxarı

Vyana görüşünün sirri: İran düyünü

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Vyana görüşünün sirri: İran düyünü

"Vyana sadəcə olaraq yekun razılaşmanın əldə edilməsi üçün lazım olan dayanacaq kimi qiymətləndirilməlidir".

Bu sözləri Axar.az-a açıqlamasında siyasi ekspert Vüqar Zifəroğlu söyləyib.

Onun sözlərinə görə, İranla "Altılıq" ölkələri arasında yekun razılaşmanın imzalanması iyunun 30-na planlaşdırılır:

"Bu görüşə paralel olaraq İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərifin iyunun 4-də Şanxay Əməkdaşlıq Təşkilatının təhlükəsizlik üzrə konfransında iştirak etmək üçün Moskvaya səfər edəcəyi gözlənilir. Hər halda maraqlı məqamdır. Fikrimcə, müzakirələr hələ davam edəcək. Hələlik prinsipial razılığın əldə edilməsinə nə rəsmi Tehran, nə də rəsmi Vaşinqton tam olaraq hazırdır. Yekun razılaşma iyun ayının 30-na planlaşdırılır. Hər halda Lozannada belə bir qərar qəbul edilmişdi. Hazırki görüşlər və müzakirələr həmin tarixədək mövqeləri yaxınlaşdırmaq üçün edilən cəhdlərdən ibarətdir".

Qeyd edək ki, aprel ayında keçirilən görüş zamanı İran və "Altılıq" ölkələri arasında nüvə məsələsi ilə bağlı ilkin razılıq əldə olunmuşdu. Hazırda bu razılığın əsas əleyhdarları sırasında ilk pilləni İsrail tutur. Bundan başqa, razılıqdan dərhal sonra Moskva İrana C-300 zenit raket sistemlərinin satışı ilə bağlı qoyduğu embarqonu ləğv edib. Kremlin bu gedişi isə ABŞ hakimiyyətinin sərt addımlar atmasına səbəb oldu. Nəticədə Vaşinqton Yaxın Şərqdəki müsəlman ölkələrinin silahla təchizatını öz üzərinə götürməklə bərabər, İsrailə ən müasir təyyarələrinin və raketlərinin satışına izn verdi.

Tarix
2015.06.03 / 08:20
Müəllif
Ülkər Cəfərova
Digər xəbərlər

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla