Yuxarı

Türklərə görə Çindən Oyunlar alınsın – PA-dan müraciət

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türklərə görə Çindən Oyunlar alınsın – PA-dan müraciət

Avropa Parlamentinin bəzi üzvləri 2022-ci il Qış Olimpiya Oyunları ilə əlaqədar bəyanat yayıb.

Axar.az xəbər verir ki, bəyanat müəllifləri Çində davam edən vəziyyətlə bağlı dərin narahatlıqlarını bildiriblər. Onlar 2022 Oyunlarını təşkil edən Çin Kommunist Partiyasını ölkədə artmaqda olan insan hüquqları pozuntularından məsul olduğunu qeyd ediblər:

“Müxtəlif hesabatlarda Sintzyandakı uyğur xalqından tutmuş Honq Konqdakı demokratiya tərəfdarlarına, tibetlilərə və Çin xristianlarına qədər, çoxsaylı azlıqların hüquqlarının əllərindən alındığı göstərilir. Çin eyni zamanda qonşularına qarşı açıq şəkildə təcavüzkar davranaraq, Tayvan ərazisinə getdikcə çox sayda silahlı uçuş həyata keçirməklə yanaşı, Cənubi Çin dənizini hərbiləşdirmək siyasətini də davam etdirməkdədir.

Bundan başqa, Sintzyan Uyğur Muxtar Bölgəsində baş verməkdə ola soyqırıma dair artmaqda olan dəlillər var. Hazırda 2 milyona yaxın uyğur internat düşərgələrində saxlanılır, buradan isə məcburi işlərdə istifadə olunmaq məqsədilə ölkənin digər bölgələrinə göndərilirlər. Əlavə olaraq, uyğurların artımına qarşı məcburi sterilizasiya və abortlar tətbiq edilir. Düşərgələrin xaricində yaşayan uyğurlar isə sərbəst səyahət etmək, öz dinlərinə etiqad etmək və ya öz dillərində danışmaq kimi hüquqlarından məhrum ediliblər”.

AP üzvləri, həmçinin Olimpiya Oyunlarının əsas sponsorlarının və nüfuzlu brendlərin Çin Kommunist Partiyasının hərəkətlərinə qarşı əks mövqe tutacağınıza inamlarını dilə gətiriblər:

“Xüsusilə məcburi əməyi istifadə edən bir dövlətdə avtoritarizmin qarşısında duran korporativ məsuliyyətə bağlılıq olmalıdır.

Eyni şəkildə, Beynəlxalq Olimpiya Komitəsinin Çindən oyunları geri çəkib, başqa bir ölkəyə köçürməsinin gərəkli olduğunu ifadə edirik. BOK, insan hüquqları ilə bağlı xəbərdarlıqlara baxmayaraq, 2008-ci ildə Pekində Yay Oyunları, 2014-cü ildə Rusiyanın qonşularına qarşı təcavüzkar siyasətinə baxmayaraq, Soçidə Qış Oyunları keçirildikdə bununla bağlı tədbir görə bilmədi. İndi bu səhvi düzəltməyin və Çin Kommunist Partiyasının bu oyunlardan öz mənfəəti üçün istifadə etməsinin qarşısını almağın vaxtı gəlib çatıb.

Olimpiadalar lap əvvəldən xalqlar arasında əməkdaşlıq ruhunda və dünyada sülhün təşviqi istiqamətində təşkil edilmişdir. 1936-cı ildə faşist Almaniyasında, 1980-ci ildə Sovetlər Birliyində Oyunlar demokratlar tərəfindən boykot edildiyi zaman diktatorlar hər vəchlə bu əməkdaşlıq və sülh ruhunu dağıtmağa çalışmışdılar. 2022-ci ildə Çində baş tutacaq Olimpiya Oyunları da bunlardan fərqlənmir.

Bunun baş verməməsi üçün böyük sponsorları Pekindəki 2022 Qış Olimpiya Oyunlarından dəstəklərini geri almağa çağırır və demokratik dövlətləri və vətəndaş cəmiyyətlərini müxtəlif formada etiraz əlaməti olaraq açılış mərasiminə qatılmamaq, Pekinə və dünya ictimaiyyətinə bir mesaj göndərmək üçün heyət dizaynı, oyunlarla əlaqəli məhsullar və tədbirləri boykot etmək kimi addımlar atmağa səsləyirik”.

Qeyd edək ki, açıq məktub Anna Fotiqa (ECR), Engin Eroğlu (Renyu), Marketa Qreqorova (Yaşıllar), Rafael Qluksman (S&D) və Miriam Leksman (EPP) tərəfindən yazılıb.

Tarix
2021.02.26 / 22:40
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramovun “sensasion” bəyanatına İrəvandan cavab

Türkiyənin "Ay Ulduz"u: Pentaqondan 3 dəfə böyük...

Mustafayev Bayraqdarla hərbi əməkdaşlığı müzakirə etdi

Başkənd məsələsindən imtina edə bilmərik - Paşinyan

TRİPP İran üçün yeni imkanlar açacaq - Paşinyan

Rusiyanın 14 gəmisinə zərbə endirildi

Bu gün onların peşə bayramıdır - Tarix təsadüf seçilməyib

Hörmüzdən yan keçən layihə - İran məhv edilir

İran nə etdi ki, ABŞ zərbələrə başladı? - Mühüm

İran niyə İlham Əliyev və Ərdoğanı “şəxsən” gözləyirmiş?

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla