Yuxarı

Jirinovskidən proqnoz: Nikol qaçacaq, İrəvan isə... - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Jirinovskidən proqnoz: Nikol qaçacaq, İrəvan isə... - Video

11:31

Ermənistanda problemin həlli üçün Rusiyaya birləşmə olmalıdır.

Axar.az xəbər verir ki, bunu Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski deyib.

“Nə etmək lazımdır? Artıq 30 ildir orada vəziyyət belədir. Əgər erməni problemini götürsək, o, üç yüz ildir var. Həll çar dövründə olduğu kimi, bir dənədir - Rusiyanın tərkibinə qatıb, İrəvan quberniyası etmək. Hər şey sakitləşəcək”, – deyə o bildirib.

Jirinovski deyib ki, Ermənistanda hamını hazırda danışıqlar masası ətrafına toplamaq çox çətindir:

“Ermənistan parlamentinin qərar qəbul etməsi lazımdır. Görürsünüz ki, artıq parlament iclası baş tutmur. Ona görə ki, Paşinyanın Mənim Addımım Bloku iclasa gəlmir. Yəni dəyirmi masa mümkün deyil. Ermənistan dünyanın Qafqaz, Şərq deyilən hissəsindədir, hansı ki, burada məsələlər güclə həll edilir.

Ermənilərdən Rusiyanın tərkibinə qatılmaq arzularıyla bağlı sorğu keçirilməlidir və əgər onlar imtina etsələr, bir daha Ermənistana kömək etməmək lazımdır”.

Siyasətçi Ermənistanda hakimiyyət dəyişikliyinin qaçılmaz olduğunu bildirib. Onun proqnozuna görə, yaxın günlərdə ölkə əhalisi yeni siyasi rejim formatında oyanacaqlar.

Jirinovski Paşinyanın ölkə sərhədlərindən xaricə qaçacağını, ya da ABŞ səfirliyində gizlənəcəyini söyləyib.

Tarix
2021.02.27 / 15:02
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla