Yuxarı

ABŞ şiə üsyançılarla görüşdüyünü etiraf etdi – Şok

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ şiə üsyançılarla görüşdüyünü etiraf etdi – Şok

ABŞ Dövlət Departamentinin sözçüsü Maria Harf Yəməndə iqtidarı ələ keçirən şiə üsyançılarla Omanın paytaxtı Maskatda görüşdüklərini təsdiq edib.

Axar.az Bəhreynin "Əl-Vasat" qəzetinə istinadla xəbər verir ki, Harf bu görüşün formal xarakter daşıdığını deyib:

"ABŞ Dövlət Departamenti rəhbərinin Yaxın Şərq üzrə köməkçisi Anna Patterson Oman sultanlığında husilərin nümayəndələri ilə görüşüb. Məqsəd Yəməndə bir-birinə zidd olan tərəfləri Cenevrədə keçiriləcək Yəmən mövzulu sülh konfransında iştirak etməyə razı salmaq olub".

Xatırladaq ki, Maskatda İran və husilərin nümayəndələri ilə Səudiyyə Ərəbistanı və ABŞ heyətləri arasında qeyri-rəsmi müzakirələrin aparıldığı iddia edilmişdi. Müzakirələrin uğurlu olacağı təqdirdə Oman Sülh Təşəbbüsünün elan ediləcəyi bildirilirdi.

Yəmənin rəsmi rəhbərliyi isə Oman müzakirələrinə qatılmadığını açıqlamışdı. Ölkənin qanuni hökuməti istənilən müzakirənin başlaması üçün şərt olaraq şiə üsyançıların silahlı mübarizəyə son verməsini və ələ keçirdikləri bütün torpaqlardan çəkilmələrini tələb etmişdi.

Tarix
2015.06.03 / 11:32
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla