Yuxarı

ABŞ Ər-Riyadla münasibətlərini kəsəcək? - Lukyanov

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ kəşfiyyatının Qaşıqçı cinayəti ilə bağlı hesabatı münasibətləri soyuda bilər, amma müttəfiqlik münasibətlərinin çöküşməsi çətin ki, mümkün olsun.

Axar.az xəbər verir ki, bunu Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun elmi əməkdaşı Qriqori Lukyanov deyib.

“Biz hazırda güclənən ritorikanı müşahidə edirik. Bu, deməyə əsas verir ki, ABŞ-ın Səudiyyə Ərəbistanı ilə münasibətləri yaxın gələcəkdə soyuqlaşmaya gətirib çıxara bilər. Bu ölkələr arasında hansısa strateji çöküşdən danışmaq isə mümkün deyil. Səudiyyə Ərəbistanı ABŞ-ın regiondakı imtiyazlara sahib tərəfdaşlar siyahısına təkcə Trampa görə daxil olmayıb. 1950-1960-cı illərdən belə vəziyyət yaranıb.

Onları təhlükəsizlik təminatı və Yaxın Şərq regionunda qarşılıqlı maraqlar planında çoxsaylı kontaktlar birləşdirir. Səudiyyə Ərəbistanı ABŞ hərbi sənaye kompleksinin böyük alıcılarından biridir və ABŞ-ın enerji tərəfdaşıdır. Üstəlik, Səudiyyə Ərəbistanı Yaxın Şərqdə lider roluna iddia edən dövlətdir, buna görə də Bayden onlarla münasibətləri tam şəkildə poza bilməz”, – deyə o bildirib.

Tarix
2021.02.27 / 16:40
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla