Yuxarı

Koronavirusun İran ştammı yarandı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Koronavirusun İran ştammı yarandı

İranda koronavirusun yeni ştammı yaranıb.

Axar.az xəbər verir ki, bunu İran parlamentinin sədr müavini Kadızadə Haşimi deyib. O bildirib ki, yeni ştamm Qəzvin və ətrafında qeydə alınıb:

“Afrika, İngiltərə və Kaliforniya mutasiyalarının yanına İran ştammı da əlavə edilə bilər. Əlbəttə, bu, hələlik qəti olaraq açıqlanmasa da, Qəzvin əyalətində və yaxınlığında onun mövcudluğu barədə dəlillər var”.

İran Səhiyyə Nazirliyinin rəsmisi Kiyanuş Cahanpur isə bunları təkzib edərək, ölkədə “İran ştammı” adlandırılacaq qədər ciddi bir mutasiya edilmiş COVİD-19 növü olmadığını qeyd edib.

Bu günədək epidemiyanın 70-dən çox mutasiyasının aşkar edildiyini bildirən Cahanpur, “bu mutasiyalar virusun davranışında ciddi bir dəyişikliyə səbəb olmadı. Bu səbəbdən onları yeni ştamm adlandırmaq doğru deyil”, - deyə bildirib.

Nazirlik rəsmisi onu da qeyd edib ki, İranda yalnız Britaniya ştammı aşkarlanıb.

Tarix
2021.02.27 / 21:25
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

İlham Əliyev polşalı həmkarına başsağlığı verdi

İlham Əliyev Ərdoğana başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla