Yuxarı

Erməni müxalifəti Sərkisyanın impiçmentinə izn verəcək?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Erməni müxalifəti Sərkisyanın impiçmentinə izn verəcək?

Əgər Ermənistan parlamentinin hakim fraksiyasının deputatları Konstitusiya Məhkəməsinin razılığını almasalar və üçdə iki səs toplamasalar, prezidentin impiçmenti prosedurunu reallaşdıra bilməyəcəklər.

Axar.az xəbər verir ki, bunu İşıqlı Ermənistan Partiyasının sədri Edmon Marukyan deyib.

“İmpiçment üçün Mənim Addımım Blokuna 88 səs (hazırda blokda 83 səs var) lazımdır. Bir sıra müstəqil deputatlar da var ki (Mənim Addımım Blokunu tərk edənlər), onların da mövqeyi bəlli deyil. İmpiçment prezident institutuna birbaşa təhdiddir. Bu proses hakim qüvvə üçün siyasi sui-qəsd olacaq”, – deyə o bildirib.

Qeyd edək ki, Prezident Armen Sərkisyan baş nazirin Baş Qərargah rəisinin işdən azad olunması barədə iki dəfə ardıcıl göndərdiyi təqdimatı rədd etdiyi üçün onun impiçmenti məsələsi gündəmə gəlib.

Tarix
2021.03.01 / 09:39
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Bu gün Antalyada COP31 Liderlər Zirvəsi keçiriləcək

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla