Yuxarı

“Sırada nə var - rus diplomatları yandırmaqmı?!”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Sırada nə var - rus diplomatları yandırmaqmı?!”

Rusiyanın Avropa İttifaqındakı (Aİ) daimi nümayəndəsi Vladimir Çijovun parlamentə buraxılmaması Moskvanın hiddətinə səbəb olub.

Axar.az xəbər verir ki, Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov məsələyə münasibət bildirərək bu qərarı "acizlik" adlandırıb:

"Məncə Avropa Parlamentinə getmək lazım deyil. Çünki orada görəcək heç bir iş yoxdur. Parlamentin əksəriyyətini nəzərə alsaq, edə biləcəkləri şərhlər və verə biləcəkləri qərarları asanlıqla öncədən təxmin edilə bilərik. Bundan başqa, Rusiyanı maraqlandıran mövzularda sağlam düşüncə ilə verilən qərarların sayı təəssüf ki, hər ötən ay daha da azalır".

"Məmnun etdiyimiz üçün xoşbəxtik"

Rusiyanın qara siyahıya salınan rəsmilərinin ABŞ və Kanadaya gedə bilməyəcəyini deyən rus diplomat qarşılıq verdikləri üçün özlərini xoşbəxt hiss etdiyini deyib:

"Açıqlanması lazım olan bütün insanlar ictimaiyyətlə paylaşıldı. Qara siyahıdakı kanadalı həmkarlarımız bu siyahya düşdüklərinə görə mükafatlandırıldıqlarını zənn edir. İndi bu "mükafat"ı yaşasınlar. Onları məmnun etdiyimiz üçün xoşbəxtik".

"Uydurmaları dinləyək?"

Federasiya Şurasının komitə sədri Andrey Klişas da AP-nin verdiyi qərarla Rusiyanın heç nə itirmədiyini deyib:

"Orada nə edəcəyik? Avropalı vəkillərin Rusiyaya qarşı uydurmalarını dinləyəcəyik?"

"Rus diplomatları yandırın!"

Qərara ən sərt reaksiyanı göstərən isə Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya Departamenti direktorunun müavini Mariya Zaxarova olub. Avropanın rusiyalı diplomata qadağa tətbiq etməsini inkvizisiya məhkəmələri ilə müqayisə edən Zaxarova bunları qeyd edib:

"Rus diplomatlar üçün cadugər ovu elan edildi. Sırada nə var? Rus diplomatları əvvəl dini məhkəmələrdə mühakimə edib sonra da Brüsseldə yandırmaqmı?.."

Tarix
2015.06.03 / 18:09
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Marian Neakşu Qarabağa səfərə dəvət olundu - Foto

Üç Rusiya vətəndaşı axtarışa verildi - Baş Prokurorluq

Azərbaycan XİN Qabonu təbrik etdi

Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı

General rütbəsi alan sərhədçilər... - Dosye

Prezidentə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

İlham Əliyev Yuşenko ilə görüşdü - Foto

İlham Əliyev İndoneziya prezidentini təbrik etdi

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla