Yuxarı

AST Telman 100 milyon ödədi - Hərrac ləğv edildi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
AST Telman 100 milyon ödədi - Hərrac ləğv edildi

Azərbaycanlı iş adamı Telman İsmayılovun sahibi olduğu dünyanın ən lüks hotellərindən "Mardan Palace"nin satışı ilə bağlı tender ləğv olunub.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu gün keçirilən tenderdən bir neçə dəqiqə əvvəl Telman İsmayılov icraya 100 milyon dollar ödəyib. Bu ödəmədən sonra hotelin satışı ləğv olunub.

Antalya 4-cü icra müdirliyində keçirilən tenderə yalnız SBK Holding qatılıb. İsmayılov borc kimi tapdığı 100 milyon dolları 4 il ərzində ödəyəcək.

Antalyanın Kundu sahilində inşa olunan hotelin açılışına Monika Beluççi, Peris Hilton, Meray Keri, Riçard Gir, Şeron Stoun kimi Hollivud ulduzları, həmçinin dünyanın ən məşhur foto model, maniken və müğənniləri də iştirak etmişdi. Böyük atəşfəşanlıqla açılışı olan hotel bütün dünya mətbuatının maraq dairəsinə düşmüşdü. Antalyanın ən lüks hoteli olaraq göstərilən "Mardan Palace" İstanbul Boğazı şəklində inşa edilib.

Qeyd edək ki, iş adamı hotelin tikintisinə 1,4 milyard dollar xərcləyib. "Mardan Palace" bələdiyyəyə olan borcları səbəbindən icra yolu ilə satışa çıxarılmışdı.

Tarix
2015.06.03 / 19:58
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla