Yuxarı

Lukaşenko: Rusiyanın təyyarələri Belarusda yerləşdirilsin!

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Lukaşenko: Rusiyanın təyyarələri Belarusda yerləşdirilsin!

Belarusdakı hərbi bazalarda Rusiyaya məxsus döyüş təyyarələri yerləşdirilsin!

Axar.az xəbər verir ki, bu barədə təklifi Belarus Prezidenti Aleksandr Lukaşenko Belarus-Rusiya hərbi əməkdaşlığına həsr olunmuş iclasda səsləndirib.

“Belarusda olanlardan əlavə, bu təyyarələri də bizə verin. Amma bu təyyarələri Rusiya və belaruslar birlikdə istifadə etməlidir. Kifayət qədər hərbi bazamız var. Yenilərinə ehtiyac yoxdur.

Niyə boş yerə pul xərcləyək ki! Ən yaxşısı, mövcud olan bazalar üçün yeni təyyarələr almaq və ya istehsal etməkdir”, - prezident vurğulayıb.

A.Lukaşenkonun sözlərinə görə, fevralın 22-də Rusiya lideri Vladimir Putinlə Soçidə baş tutan görüşündə Putin bu təklifi geri çevirməyib:

“Əgər təyyarələr Belarus hərbi bazalarında yerləşdiriləcəksə, bu təyyarələr üçün silah da istəməliyik, üstəlik, ən yenisindən”.

Prezident əlavə edib ki, söhbət nüvə başlıqlarından getmir:

“Haqqında danışdığımız adi silahlardır. Bu, görüşümüzün ən çox üzərində dayandığımız mövzularından biri idi”.

Tarix
2021.03.02 / 21:35
Müəllif
Axar.az
Digər xəbərlər

Zelenski Əliyevlə nələri müzakirə etdiyini açıqladı

Monteneqro prezidenti Azərbaycana gəlir

Azərbaycandan qazla bağlı məsələyə maraq var, çünki...

İlham Əliyev Maya Sandu ilə görüşdü - Foto

Nausedadan Bakı və İrəvanla bağlı açıqlama

İlham Əliyev Dublində mühüm tədbirdə iştirak edir

Prezident Dublindəki Konqres Mərkəzinə gəldi - Video

İlham Əliyev İrlandiyada səfərdədir: Zelenski ilə görüşdü

İrəvan TRİPP-ə görə bu qanunu dəyişir

General qızının 3 ay öncəki davası - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla