Yuxarı

Ankara və Qahirə yaxınlaşır: Afina hərəkətə keçdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ankara və Qahirə yaxınlaşır: Afina hərəkətə keçdi

Türkiyə və Misirin Şərqi Aralıq məsələsində yaxınlaşması Yunanıstanı hərəkətə keçirib.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bildirilir ki, Misir bölgədə karbohidrogen yataqları ilə bağlı 24 layihə üzərində çalışır. Bu layihələrin birinin olduğu bölgə Türkiyənin BMT tərəfindən təyin edilən dəniz sərhədi nəzərə alınaraq hazırlanıb.

Ankara Qahirə ilə dəniz yurisdiksiyasının təyin olunması ilə bağlı danışıqların başlayacağı mesajını da verib.

Türkiyə və Misirin yaxınlaşmasından narahat olan Yunanıstan artıq hərəkətə keçməyə başlayıb. Yunanıstan xarici işlər naziri Nikos Dendias martın 8-də Qahirəyə səfər etməyi planlaşdırır.

Səfər çərçivəsində iki ölkə arasında enerji sahəsindəki əməkdaşlıq və Şərqi Aralıq məsələləri müzakirə ediləcək.

Yunan mətbuatı isə Dendiasın Misirdən layihələrlə bağlı xəritəni dəyişdirməsini tələb edəcəyini yazıb.

Tarix
2021.03.07 / 10:00
Müəllif
Samir Soltanov
Digər xəbərlər

Azərbaycan buna görə Türkiyəni təbrik etdi

Vadefulun Bakı və İrəvan səfəri - Tiflisdən imtina etdi

TRİPP başladı - İrandan sensasion reaksiya

Fərid Baxşıyev yüksək vəzifəyə seçildi

Türkiyənin böyük uğurunda Ukraynanın müstəsna rolu

Şeyx Moskvada - İlham Əliyevin məktubu təqdim olundu

ABŞ-da yüksək vəzifə alan Həmid Həşimzadə kimdir?

Mehdiyevin kürəkəninin işi niyə Abıyevaya həvalə edilir?

Elmin Fərəcov aparat rəhbəri təyin olundu

Maka Boçorişvili sabah Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla