Yuxarı

Davudoğlu kabineti çağırdı: İstefa verir – Təcili

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Davudoğlu kabineti çağırdı: İstefa verir – Təcili

Türkiyənin Baş naziri Əhməd Davudoğlu seçki nəticələrini qiymətləndirmək üçün kabineti və AKP Mərkəz İcra heyəti üzvlərini partiya qərargahında yerli vaxtla saat 11:00-da (Bakı vaxtı ilə 13:00) yığıncağa çağırıb.

Axar.az xəbər verir ki, yığıncaqda seçki nəticələrinin analizindən savayı koalisiya və erkən seçkilərlə bağlı məsələlər müzakirə olunacaq.

AKP səlahiyyətlilərinin verdiyi məlumata görə, Davudoğlunun istefa verəcəyi gözlənilir. O, bu gün, ya da sabah Prezident Tayyib Ərdoğana istefa ərizəsini təqdim edəcək. Prezidentin yeni hökumət qurulana qədər Davudoğlundan vəzifəsinə davam etməsini istəməsi gözlənilir.

Nəticələrin rəsmi elanından beş gün sonra yeni parlamentin ilk yığıncağı keçiriləcək və millət vəkilləri and içəcək. Andiçmə mərasiminin ardından Ərdoğan yeni hökuməti qurmaq üçün Davudoğluna göstəriş verəcək.

Tarix
2015.06.08 / 13:08
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Bunu etməsək, Bakı sülh sazişini imzalamayacaq

30 yaşında deputat, 35 yaşında nazir oldu

Prezident Yohan David Vadefulla görüşdü

İlham Əliyev Mariam Kvrivişvilini qəbul etdi

Azərbaycanda məzuniyyətə çıxmaq məcburi olacaq

Hər bir azərbaycanlı müstəqil dövləti ilə qürur duyur!

Türkiyə səfirliyi Azərbaycanı təbrik etdi - Foto

Nəsimi Ermənistana hansı silah-sursatla keçib?

Almaniya xarici işlər naziri Azərbaycana gəlir

Hacıyev AB-nin yüksəkvəzifəli rəsmiləri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla