Yuxarı

Süveyşin bağlanmasından qazanan yeganə ölkə...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əgər Süveyş kanalı 2 həftə bağlı qalsa, təxminən 2 milyon kub metr mayeləşdirilmiş təbii qazın (LNG) Avropaya nəqli yubana bilər.

Axar.az xəbər verir ki, bunu “Rystad Energy” konsaltinq şirkətinin vitse-prezidenti Karlos Torres Diaz deyib.

O bildirib ki, bu böhrandan qazanc əldə edən ölkə Rusiya ola bilər:

“Xatırlatmaq istəyirəm ki, hazırda Rusiyanın boru kəməri ilə Avropaya qaz tədarükü maksimum tutumdan aşağıdır. Rusiya qaz təchizatını artırmaqla mənfəət əldə edə bilər. Mövcud vəziyyətdən kimin daha çox fayda götürəcəyinə baxsaq, problemin həll olunmasını görmək üçün tələsməyən ölkənin Rusiya olduğunu deyə bilərik. Normalda Avropanın ikinci ən böyük qaz tədarükçüsü olan Norveç də bundan faydalana bilərdi. Lakin bu ölkənin boru kəməri sistemi hazırda demək olar ki, maksimum gücü ilə işləyir”.

Qeyd edək ki, nəhəng yük gəmisinin saya oturması nəticəsində bağlanmış Süveyş kanalının girişində yüzlərlə gəmi keçid növbəsi gözləyir. Süveyş dünya dəniz ticarətinin 8-12 faizinin keçdiyi məkandır.

Tarix
2021.03.28 / 09:00
Müəllif
Samir Soltanov
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla