Yuxarı

Ermənistanda rəsmi görüşdə Rusiya təhqir edildi? - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənistanda rəsmi görüşdə Rusiya təhqir edildi? - Foto

16:29

Ermənistanda Rusiya ilə bağlı skandal hadisə baş verib.

Axar.az Musavat.com-a istinadla xəbər verir ki, Ermənistanın Baş Qərargah rəisi Artak Davtyanla Azərbaycanın Qarabağ bölgəsindəki Rusiya sülhməramlılarının komandanı Rustam Muradovun görüşü zamanı Rusiya bayrağının masa üzərinə tərsə qoyulması rezonansa səbəb olub. Görüşdən çəkilmiş foto bir müddət sonra Ermənistan Müdafiə Nazirliyinin saytından silinib və bayraqların fotoları düzgün şəkildə yenidən təqdim olunub.

Rusiya bayrağındakı rənglərin “alt-üst” qoyulmasını geniş müzakirə edən erməni mediası ehtimal edib ki, görünür, Rusiya sülhməramlıları tərsə qoyulmuş bayrağı düzəltməyə utanıblar. Ancaq yanlışlıq sosial şəbəkə istifadəçilərinin diqqətindən yayınmayıb və bunun qəsdən edildiyi şübhəsi yaranıb.

Məsələ ilə bağlı Baş Qərargah açıqlama verməyə vadar olub. Mətbuat xidmətinin rəhbəri Samvel Asatryan deyib ki, əminliklə demək olar ki, burada heç bir niyyət yoxdur. O, iddia edib ki, bu hadisə istəmədən baş verib.

Tarix
2021.04.01 / 21:25
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev televiziya və radio işçilərini təbrik etdi

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla