Yuxarı

Alman iqtisadiyyatında Rusiya təlaşı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Alman iqtisadiyyatında Rusiya təlaşı

Almaniya iş dünyası Rusiyaya qarşı tətbiq olunan sanksiyalardan narahatdır. Almaniya İqtisadiyyatı Şərq Komitəsi (OA) əlaqələrin tamamilə kəsiləcəyindən ehtiyatlanır.

Axar.az-ın məlumatına görə, Şərqi Avropada fəaliyyət göstərən OA Rusiyaya qarşı sanksiyaların doğura biləcəyi təhlükə barədə xəbərdarlıq edib.

Komitə sədri Ekard Kordes sanksiyaların heç vaxt fayda verməyəcəyini bildirib:

"Bir-biri haqqında deyil, bir-biriylə danışmaq şifrəmiz olmalıdır. Ukrayna böhranı səbəbindən itirilən güvən yenidən qazanılmalıdır".

Rusiyanın G7 ölkələri siyahısından çıxarılmasının səhv addım olduğunu deyən Kordes Rusiyanın bunun əvəzində Çinlə yaxınlaşacağını deyib:

"İqtisadi sanksiyalar və təcridetmə siyasəti mövcud problemləri həll etməyəcək. Bu cür addımlar Rusiyanı yalnız Avropadan uzaqlaşdırıb Çinə yaxınlaşdıracaq. Vladivostokdan Lissabona qədər uzanan ortaq sərbəst ticarət bölgəsinin yaradılması üçün Rusiyanı geri qazanmaq lazımdır".

Xatırladaq ki, Rusiyada təxminən 6 minə yaxın alman şirkəti fəaliyyət göstərir. OA-nın hesabatına görə, həmin şirkətlərdə 300 min Almaniya vətəndaşı çalışır.

Tarix
2015.06.11 / 10:10
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

Universitetlərə bu statusun verilməsi ilə bağlı tələblər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla