Yuxarı

“Türkiyədə üçtərəfli savaş olacaq”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Türkiyədə üçtərəfli savaş olacaq”

İstanbul Texnki Universitetinin professoru, ABŞ Milli Elmlər Akademiyasının ilk türk üzvü Cəlal Şəngör "Axmağı tanımaq" adlı kitabını çap etdirib.

Axar.az xəbər verir ki, alim kitabın 2000-2015-ci illərdə yazıldığını bildirib:

"Kitabı yazmaqda məqsədim cahil və axmaqlarla mübarizədir. Bu səbəbdən onları tanımaq və zərərlərini bilmək üçün bu kitabı yazdım".

"Axmağı tanımağ"ın müasir Türkiyə cəmiyyəti üçün çox vacib bir kitab olacağını deyən alim savadsızlıqla sonadək mübarizə aparacağını bildirib:

"Türkiyənin böyük çətinliklərindən biri də gerçək dəyərləri bilən insanların çox az olmasıdır. Bir çox axmaq özünü ağıllı zənn edir. Bunu oxuyan insanlar bir dəqiqə düşünər deyə ümid edirəm".

Kitabında hazırki Türkiyə hakimiyyətini sərt tənqid edən alim bundan qorxmadığını deyib:

"Xeyr qorxmuram. Çünki mən əsgərəm. Mənim həbsxanaya getməyim, öldürülməyim xoş gəlməz. Mən silah və bayrağa əl basaraq bu ölkə üçün canımı verəcəyimə and içmişəm. Andıma sadiqəm. Mənim silahım qələmim, kitabım və çıxışımdır. Buna görə də silahımdan sona qədər istifadə edəcəyəm".

Türkiyə xalqını da tənqid etməyi yaddan çıxarmayan dünya şöhrətli alim gələcəklə bağlı fikirlərini bölüşüb:

"Mən bu gün yeganə bir şey görürəm: Türk xalqı batmaq istəyir. Tarix belə xalqlarla doludur. Bu torpaqlara heç nə olmaz, narahat olmayın. Mən ona kədərlənirəm ki, İŞİD sənət əsərlərini məhv edir. Bunların hamısı bizim insan olma keçmişimizin bir parçasıdır. Bunlar aradan qalxarsa, biz əvvələ qayıdarıq, mağaradan başlamalı olarıq. Hazırda türk xalqı mağaraya dönmək istəyir. Başındakılar onsuz da onu oraya aparırlar. Çox pis sonumuz olacaq. Üç tərəfli daxili müharibə görürəm – kürdlər, şovinistlər və çağdaşların savaşı. Türkiyə parçalanacaq. Ümid edirəm heç olmasa, mədəniyyət zənginliklərimiz bir şəkildə qorunacaq. Sonunda isə gəlib bunları da əlimizdən alacaqlar".

Tarix
2015.06.11 / 10:33
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Əliyevlə Ərdoğan Antalyada bunu nümayiş etdirdilər - Yılmaz

Yeni Konstitusiyanın qəbulu Ulu Öndərin adı ilə bağlıdır

Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım etdi

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla