Yuxarı

Putin: “ABŞ 17 dəqiqəyə Moskvanı vura bilər”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident Vladimir Putin Rusiyanın "təcavüzkar ölkə" adlandırılmasının haqsız olduğunu açıqlayıb.

Axar.az xəbər verir ki, İtaliyanın "Corriere della Sera" qəzetinə müsahibə verən Kreml rəhbəri statistikanın hər şeyi izah etdiyini bildirib:

"NATO ölkələrinin hərbi xərcləri Rusiyadan 10 dəfə çoxdur. Digər tərəfdən, Rusiyanın ölkə xaricində hərbi bazası yoxdur. Norveç sahillərinə yerləşən ABŞ sualtı qayıqları Moskvanı 17 dəqiqə içində vura biləcək raketlər daşıyır".

Kubadakı hərbi bazaların bağlandığını deyən Putin ABŞ-ın Rusiyanın qapısında dayandığını deyib:

"Biz Kubadakı bazalarımızı uzun müddət öncə bağladıq. Sizcə, "təcavüzkar" sifəti daha çox kimdə var? Dünya xəritəsi üzərində ABŞ bazalarını işarələyin. Bununla fərqi də görərsiniz".

Ukrayna böhranı səbəbindən NATO ilə əlaqələrin daha da korlandığını deyən Putin bununla belə, heç nəyə peşman olmadığını bildirib:

"Peşmanlıq hissi keçirməyimə səbəb olacaq bir anım belə yoxdur. Tanrıya şükür, həyatımda peşman olacağım heç bir şey yaşamadım".

Tarix
2015.06.11 / 17:12
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla