Yuxarı

Trofimçuk: “Yeni savaş ocaqları genişlənəcək”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Trofimçuk: “Yeni savaş ocaqları genişlənəcək”

"Bilderberq görüşü hazırda dünyadakı vəziyyəti və gərginliyin bundan sonrakı eskalasiyasını nəzərə alaraq daha da aktuallaşır".

Bu sözləri Axar.az-a açıqlamasında rusiyalı politoloq Qriqori Trofimçuk söyləyib.

Onun sözlərinə görə, bu görüşdən sonra yeni müharibə ocaqları daha da genişlənə bilər:

"Hər kəsə bəllidir ki, məhz burada G7, G20, BMT və digər mətbuat üçün ictimai bəyanatlar yayan beynəlxalq strukturlardan fərqli olaraq daha real qərarlar qəbul edilir. Sözsüz ki, Bilderberq klubunun gündəliyində Yaxın Şərqdəki müharibə əsas mövzulardan biridir. Buna səbəb təkcə regiondakı hadisələrin əmtəənin qiymətinə təsiri ilə bağlı deyil, həm də bu savaş sabahkı dünyanın siyasi cəhətdən qruplaşmasına gətirib çıxaracaq. Klubun üzvləri bu və ya digər komponentlərə təsir etmək gücünə sahibdirlər. Tam əminliklə demək olar ki, praktiki olaraq dünyadakı pul ehtiyatını sərəncamında saxlayan insanlar yeni müharibə ocaqlarının genişlənməsində israr edəcəklər ki, bu da avtomatik olaraq qlobal korporasiyalara gəlir axmasına səbəb olacaq".

Trofimçuk Bilderberq klubunun əsas gücləri nəzarətdə saxladığını deyib:

"Bu, tarixdə həmişə belə olub və bu dəfə də belə olacaq. Lakin burada müəyyən korrektələr olacaq. Məsələn, Hitler yalnız nəzəri cəhətdən dünya hökmranlığına iddia edirdi, amma indiki halda müasir texnologiyalar bu qeyri-rəsmi təşkilatın iştirakçılarına artıq əməldə bütün planeti nəzarət altında saxlamağa imkan verir. Onlar öz hədəflərinin reallaşdırılmasından bir neçə addım uzaqlıqdadırlar. Sadəcə olaraq hazırda onlara səhv etmək gərək deyil. Buna görə də onlar özlərinin texniki konqreslərini keçirirlər. Təkcə Yaxın Şərq yox, həm də Rusiya-Çin yaxınlaşması da bu formatda diqqətlə nəzərdən keçiriləcək. Bu tip yaxınlıq klub üçün əsas təhdidlərdən biridir. Düşünmək lazım deyil ki, bu tipli iclaslarda yalnız Yaxın Şərq, Ukrayna və digər qaynar nöqtələr müzakirə edilir. Bu təşkilat informasiya agentliyi deyil. Bilderberq klubunun üzvləri bu müharibələri başqalarının döyüşməsi üçün düşünürlər. Ona görə də müzakirələrin spektri hələ indiyə kimi heç kimin bilmədiyi və heç güman belə etmədiyi ərazilərə də toxunur".

Qeyd edək ki, iyunun 11-dən 14-nə qədər Avstriyada Bilderberq klubu üzvlərinin növbəti görüşü təşkil olunacaq. Klubun iclasında üç ölkənin baş nazirinin iştirakı da nəzərdə tutulur. Bundan başqa, Türkiyədən klubda məşhur iş adamı Mustafa Vehbi Koç, iki köşə yazarı, CHP-dən olan bir deputat iştirak edəcək.

Bilderberq klubu 1954-cü ildə yaradılıb. Klubun tərkibində 130 dövlətin nümayəndəsi birləşib. Onların təxminən yarısı amerikalılardır. Klubun 383 üzvünün hamısı öz sahələrində kifayət qədər məşhur olan şəxslərdir. Klub həmçinin dünyanı idarə edən qrup kimi də təqdim edilir. Təşkilatın ilk yığıncağında Rokfellerlər Fondunun rəhbəri Devid Rokfeller iştirak edib. Bəzi mənbələr bu təşkilatın vahid dünya dövləti yaratmaq üçün çalışdığını qeyd edirlər. İndiyə qədər klubun həyata keçirdiyi planlar içərisində Avropanın vahid valyutaya keçməsi, İraqda qarışıqlıq, Respublikaçıların Yaxın Şərqə ABŞ qoşunlarını yeritməsi, Yuqoslaviyanın parçalanması və sairə kimi məsələlər var.

Tarix
2015.06.12 / 09:28
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Prezidenti bu mərkəzdə Mirziyayev qarşıladı

Azərbaycandan təbii qaz alışı üçün fəal iş görürük - Zelenski

Ermənistan-Azərbaycan münaqişəsi keçmişdə qalıb - Hacıyev

Azərbaycan bu qurumun üzvü oldu - Bu, nə deməkdir?

Bu qərara görə həmkarlarıma təşəkkür edirəm - Prezident

Dəhlizin tikintisi başa çatmaq üzrədir – İlham Əliyev

Mərkəzi Asiya ölkələrinin qardaş dəstəyi… - İlham Əliyev

Mərkəzi Asiya və Azərbaycan geoiqtisadi regiondur

Mərkəzi Asiya dövlətləri ilə münasibətlər... – Prezident

İlham Əliyev 7-ci Məşvərət Görüşünün iclasında çıxış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla