Yuxarı

Təyyarə enməyə məcbur oldu - Yanğın

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Təyyarə enməyə məcbur oldu - Yanğın

Malayziya Hava Yollarına aid sərnişin təyyarəsi motor yanğını həyəcanı səbəbindən havaya qalxandan bir neçə dəqiqə sonra Avstraliyanın Melburn Hava limanına təcili eniş edib.

Axar.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb. Avstraliya Hava Xidməti Təşkilatının rəsmisi enişin etibarlı olduğunu bildirib: "Kabinetdə motor yanğını həyəcanı vardı. Təyyarə yanacağını boşaltmaq üçün bir neçə dəfə dövrə vurduqdan sonra geri dönüb etibarlı bir şəkildə yerə enib".

Melburnda Malayziyanın paytaxtı Kuala Lampura gedən Airbus A330 tipli təyyarədə 300 sərnişin vardı.

Qeyd edək ki, Malayziya Hava Yolları keçən il iki faciə yaşayıb. Şirkətin təyyarələrindən biri martda Hind okeanı üzərində itib. Bir neçə ay sonra şirkətin başqa bir təyyarəsinə Ukrayna üzərində raket dəyib.

Bu hadisənin uzun zamandır maliyyə problemi yaşayan və texniki olaraq iflas etdiyi açıqlanan hava yollarına etibarı daha da azalda biləcəyi ifadə edilir.

Tarix
2015.06.12 / 14:14
Müəllif
Jalə Səmədova
Digər xəbərlər

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

Trampdan İlham Əliyevə xüsusi dəvət - Təcili

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

İranın zərbə endirəcəyi ölkələrin siyahısı yayıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla